Ermənistan milli komandasının
baş məşqçisi Abraham Haşmanyan istefa verib.
Fanat.az xəbər verir ki, bu barədə Ermənistan
Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Sözügedən mənbədə səbəb
açıqlanmasa da, tərəflərin qarşılıqlı razılıqla anlaşmanı pozduğu yazılıb.
Haşmanyan 2019-cu ilin noyabrından yığmanı
çalışdırırdı. Onun müqaviləsinin müddəti bu ilin noyabrında başa çatacaqdı.
Fanat.Az