10:21 13.02.2020 1518

Arif Əsədov: "Klub məşqçiləri baltanı kökündən vurur, uşaqları bünövrədən pis günə qoyurlar"

"Futbolumuzdakı problemləri bir amillə əlaqələndirmək olmaz. Burada bir çox səbəblər var. Bunları saymaqla bitirmək olmaz”.

Bu fikirləri "Report”a açıqlamasında "Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan futbolundakı problemlərin səbəbləri haqqında danışarkən deyib.

Son olaraq millidə Nikola Yurçeviçin köməkçisi vəzifəsində çalışmış 50 yaşlı mütəxəssis Azərbaycanın futbol ölkəsi olmadığını bildirib: "Bizdə, məsələn, Braziliyadakı kimi futbolçu yetişmir. Ona görə də bu məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Belədə isə bir çox amilləri – uşaq futbolu, akademiyalar və klublardakı problemləri sadalamalıyıq. Akademiyalara xüsusi diqqət ayırmaq lazımdır. Biz işə yuxarıdan yox, aşağıdan başlamalıyıq ki, vaxtı çatanda bunun bəhrəsini görək. Bu gün futbolçuların 70-80 faizi "Qəbələ" Futbol Akademiyasından çıxır. O vaxt "Bakı” klubunun akademiyası var idi, orada yaxşı oyunçular yetişirdi. İndi isə bu cür akademiyalar olmadığı üçün futbolçu qıtlığı ilə üzləşmişik. Heç olmasa, 4-5 akademiyamız olsa, bizdə də yaxşı futbolçular yetişəcək. Azərbaycanlı uşaqlar Avropadakı 16, 17, 18 yaşlı futbolçulardan heç də geri qalmırlar. Əksinə, bizdəkilər istedad baxımından onları üstələyirlər”.



Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycanda 15-16 yaşından sonra istedadlı futbolçular "itir”: "Burada əsas iş klubların üzərinə düşür. Çünki həmin futbolçuların bəziləri oynamaq şansı qazansa da, çoxu kənarda qalır. Vahid sistem olmadığından, onları "itiririk”. Məsələn, 17 yaşlı uşaq var ki, istedadlıdır, amma fiziki cəhətdən zəifdir. Bizim düşüncəmiz isə elədir ki, nəticə üçün fiziki hazırlıqdan yapışırıq. Düşünmürük ki, bu uşağın başqa keyfiyyətlərini inkişaf etdirmək olar. Biz beynəlxalq seminarlarda çox olmuşuq. Buna misal kimi Belçika futbolunu göstərmək olar. Onlar fiziki cəhətdən hazırlıqlı uşaqları yığmaya götürsələr də, digərlərini arxa plana atmırlar. Həmin oyunçuların üzərində işləyir, bəlli bir səviyyəyə çatandan, potensialları açılandan sonra milliyə cəlb edirlər. Bizdə isə U-17 yığmasında fərqlənən uşaq 18 yaşında itirilir. Yaxud da U-19-dan U-21-ə keçəndə bu hal baş verir. Həmin uşaqları itirməmək üçün U-18 və U-20 milliləri olmalıdır. Bizdə aşağı liqalarda o səviyyədə çempionat keçirilmir ki, gənc futbolçularımız özlərini orada inkişaf etdirsinlər”.

A.Əsədovun fikrincə, gənc futbolçuların inkişafı üçün beynəlxalq oyunların çox olması önəmlidir: "Bizim futbolçular yalnız yığmaların heyətində beynəlxalq oyunlar keçirirlər. Bu isə çox az olur. Çox vaxt seçmə mərhələdə qrupda qaldığımız üçün daha az oyunla kifayətlənməli oluruq. Bununla da futbolçularımızın beynəlxalq matçları bitir. Amma U-18, U-20 yığmaları olsa, oyunçularımız hər il o səviyyəni görərlər. Bu isə artıq inkişaf deməkdir. Futbolçu elədir ki, bu gün zəif oynayar, sabah oynadıqca özünü inkişaf etdirə bilər. Ümumiyyətlə, bu, qlobal bir məsələdir və kompleks tədbirlər görülməlidir”.



Gənclər arasında keçmiş Avropa və dünya çempionu indiki vaxtla müqayisədə sovet dövründə istedadlı futbolçuların daha çox olmasının səbəbini açıqlayıb: "O dövrdə idman internatları var idi. Mən özüm də orada oxumuşam. Sumqayıtda anadan olmuşam, ancaq orada məşq üçün həftədə cəmi 3 dəfə şərait var idi. İnternata gələndən sonra isə gündə 2 dəfə məşq olurdu, eyni zamanda, çoxlu oyun keçirirdik. Mən oynaya-oynaya özümü inkişaf etdirdim. Məşqçim Telman Salahov potensialımı nəzərə alaraq, məni Bakıya göndərmişdi. Sovet vaxtı müxtəlif yarışlar var idi. Məhəllələrarası turnirlər, Gənclik Kuboku keçirilirdi. Bundan sonra 15-16 yaşlı yeniyetmələr arasında yarışlarda iştirak edirdik. O vaxt hər yaş qrupu üzrə milli məşqçilər olurdu. Onlar bölgələrə bölünür, gəlib oyunlarımızı izləyir, ən yaxşıları seçirdilər. O vaxtlar yığmaya düşmək çətin olurdu. Çünki seçim çox idi. Demək istədiyim odur ki, bu yarışların, oyunların hesabına uşaqlar inkişaf edirdilər. Həmin dövrdə əyləncəli oyunlar az idi, çoxluq futbola meyllənirdi. Hansı məhəlləyə baxırdın, uşaqlar futbol oynayırdı”.

A.Əsədov deyib ki, uşaq futbolunun inkişafında məşqçi amili böyük rol oynayır: "Bu gün klublarımız legionerə verdiyi pulun 1/3 hissəsini yaxşı məşqçilərə ayırıb, onları akademiyalara cəlb etsələr, yaxşı məvacib versələr, futbolumuz inkişaf edəcək. Hazırda klublarda uşaq futbolu üzrə elə məşqçilər işləyir ki, çoxlarının futbol savadı yoxdur. Onlar da baltanı kökündən vurur, uşaqları bünövrədən pis günə qoyurlar. Klublarımızda aşağı yaş qruplarına diqqət çox azdır. Legioner gəlir, pulunu alır, sonra da çıxıb gedir. Biz isə gələcəyimiz olan gənc futbolçuları itiririk”.


Millinin keçmiş köməkçi-məşqçisi Azərbaycan futbolundakı azarkeş probleminə də toxunub: "Burada başlıca məqam Premyer Liqada çıxış edən 8 klubdan 6-nın Bakını təmsil etməsidir. Bölgələrdə futbolun olmaması birinci səbəbdir. Digər şəhər və rayonlarda, nə olur-olsun, azarkeşlər stadionlara gəlirlər. Bölgələrdə əyləncəli məşğuliyyətlər az olduğundan, futbol oyunları keçiriləndə insanlar bununla yaşayırlar. Lənkəran, Şəmkir, Gəncə, Tovuz kimi şəhərləri buna misal göstərmək olar. Bölgələrdə futbol olsa, bu, azarkeş amilinə də müsbət təsir göstərəcək. O ki qaldı Bakıdakı oyunlara, onsuz da paytaxt təmsilçilərinin azarkeşləri azdır. Bakının iki klubu qarşılaşanda azarkeşlər bir az da bölünürlər. Belədə isə hər matçda maksimum 500-600 nəfər azarkeş olur. Yadıma gəlir, 2010-2011-ci illərdə Lənkərandan Bakıdakı oyunlara minlərlə azarkeş gəlirdi. Ev oyunlarında isə stadion tamamilə dolurdu. Yəni, maraq var idi. Bakı klubları öz oyunlarına azarkeş cəlb etmək üçün müəyyən işlər görməlidir. Bu, artıq işin marketinq tərəfidir. Sırf afişalarla tərəfdar sayını artırmaq mümkün deyil. Bunun üçün hər hansı stimullaşdırıcı lotoreyalar keçirmək olar. Klublar şəhərin müvafiq rayonlarında yerləşən məktəblərdə təbliğat aparmalı, insanları stadionlara cəlb etməlidirlər”.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X