16:17 13.02.2020 2118

“Elxan Məmmədov cavadovları, sadıqovları, mircavadovları Fatıya çevirdi” - SORĞU

Nikola Yurçeviçin vəzifəsindən göndərilməsindən sonra yığmanın baş məşqçisinin kim olacağı ilə bağlı müzakirələr davam edir. Son olaraq AFFA-nın baş katibi və vitse-prezidenti Elxan Məmmədov, eyni zamanda Məşqçilər Komitəsinin üzvləri yığmanın baş məşqçi vəzifəsi üçün hazırlanan 32 nəfərlik siyahıda yerli mütəxəssisin olmadığını bildirdilər. Son illərdə milliyə cəmi bir yerli mütəxəssis – Qurban Qurbanov rəhbərlik edib. AFFA Qurbanovla 6 illik müqavilə imzalasa da, Millətlər Liqasındakı çıxışdan sonra "Qarabağ”ın baş məşqçisini vəzifəsindən göndərmişdi. Ondan sonra millinin "sükanı arxasına” keçən Yurçeviçli milli isə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində cəmi 1 xal topladı.

İndi yenidən millinin baş məşqçisinin əcnəbi mütəxəssis olacağı dəqiqdir. Bəs niyə federasiya yerli mütəxəssislərə güvənmir, ya da güvənmək istəmir? Azərbaycanlı məşqçilərə olan inamsızlığın səbəbi nədir? Bu suallarla veteran futbolçulara və idman jurnalistlərinə müraciət etdik:

Nazim Süleymanov (Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri)

"Belə olacağı məlum idi. İndiyədək əcnəbi mütəxəssislər gətirib, nəyə nail oldular? Külli miqdarda pul tökdülər, amma milli uğur qazana bilmədi. Əcnəbi mütəxəssislərdə nə tapıblar, bilmirəm. Ona verilən pulun bir hissəsini verin yerli mütəxəssislərin birinə, çalışdırsın millini, biz də bilək ki, özümüzünküdür. İndiyə qədər əncəbi məşqçilərə verilən pulları Azərbaycan futboluna, uşaq futbolunun inkişafına sərf etsəydilər, indi futbolçu qıtlığından əziyyət çəkmirdik. Əksinə, ölkədə futbolçudan çox futbolçu var idi. Əcnəbi mütəxəssis gətirdilər (Nikola Yurçeviçi nəzərdə tutur), seçmə mərhələdə bir xal yığdıq. Onu hamı bacarar da. Bunun üçün xüsusi bacarıq tələb olunmur. Elə bir xal yığmaqdırsa, onu yerli mütəxəssis də bacarar. Boş yerə xarici məşqçiləri əvəzləməyə ehtiyac yoxdur”.

Saleh Arslan (Korner.az)

"Yerli məşqçilərin bir neçəsi millidə işləyib. Onların da, hətta işləməyənlərin də potensialı aşağı-yuxarı bəllidir. Ən layiqli namizəd Qurban Qurbanov idi ki, onun da başına nə oyun açdıqlarını gördük. Qurbanov Elxan Məmmədova, onun dəstəsinə sərf edən kadr deyildi. Çünki "ayının min oyunu bir armudun başındadır”. Arif insanlar nəyə işarə etdiyimi anlayacaqlar. Qurbanov olayı göstərdi ki, nə qədər ki, Elxan Məmmədov AFFA-dadır, millidə yerli məşqçi gözləmək əbləhlikdir”.

Amal Abuşov (Sport7.az)

"Ən gülməlisi odur ki, yerli mütəxəssislər bundan heç narahat deyillər. Ya da narahatdırlar, amma səslərini çıxarmağa cəsarətləri çatmır. Xeyli gülməli və acınacaqlı haldır. Yerli mütəxəssislərin əvəzində tək-tük vicdanlı idman jurnalistləri narazılıq edir, etiraz səslərini ucaldırlar. Amma həmin mütəxəssislər AFFA-nın himayəsinə sığınandan sonra heç jurnalistlərin zənglərinə belə, cavab vermirlər. Elxan Məmmədov bizim yerli məşqçiləri yaxşı tanıyır, onların psixologiyasına bələddir. Ona görə də, belə münasibətə bizim yerliləri layiq görür. Məşqçilər Komitəsi buna nümunədir. Adlı-sanlı məşqçilər aldıqları 3-4 manatın müqabilində ağızlarına su alıb, susublar. Nazim Süleymanovun yaratdığı AFFA Həmkarlar Komitəsini tərk edən Əfqan Talıbovla Babək Alxasov isə daha betər nümunələrdir. Hər kəs layiq olduğu qiyməti alır”.

Əli Sahib (Fanat.az)

"Soruşurlar ki, ağıllınız kimdir, öndə gedəni göstərib "qabaqda gedən zəncirli” deyirlər. Bizim stajlı, təcrübəli, qocaman dediyimiz məşqçiləri, keçmiş futbolçuları Elxan Məmmədov "zəncirləyib”. İstədiyi kimi açıqlama verdirir, lazım olan istiqamətə yönəldir. Məmmədov bu addımı, bu siyasəti ilə onsuz da futbol ictimaiyyətini təhqir edir. "Niyə”sini də deyim. Elxan Məmmədov futbolumuzun isgəndər cavadovlarını, nəzəri biliklərinə hörmət etdiyimiz vaqif sadıqovlarını, ölkə daxilində az-çox uğuru olmuş mircavadovları Fatıya çevirdi. Artıq onlar acıb-acmadıqlarını da icraçı vitse-prezidentdən soruşurlar. Özünə hörmət edən məşqçi hazırkı rəhbərliklə işləməz. Elxan Məmmədov bunu bilir və siyahıya potensialı olan yerli məşqçilərin adını salmayıb. Məmmədovun idarə etdiyi futbol okeanın ortasında kompassız, mühərriksiz gəmidir. Nə vaxtsa güclü bir külək bu gəmini qayalara çırpıb parçalayacaq. Göyərtəsindəkilərlə birlikdə. Hələ ki, o vaxta qədər yaşamaq üçün dəniz məhsullarından geninə-boluna istifadə edib, qidalanırlar”.

Kənan Həsənov (Futbol+)

"Seçmə mərhələni bir xalla, sonuncu pillədə başa vuran yığmanın baş məşqçi postuna 32 namizədin olmasının özü elə ən böyük biabırçılıqdır. Yarandığı gündən heç bir turnir hədəfi olmayan, illərdir sonuncu pillələrdə var-gəl edən bir komanda üçün 32 nəfərdən ibarət əcnəbi mütəxəssis ordusu düzəltmək ancaq AFFA-da oturanların, daha dəqiq desək, Elxan Məmmədovun ağlının məhsulu ola bilər. Reallıq hissini itirmiş, məqsədləri yalnız çapıb-talamaq olan bu adamlardan başqa nə gözləmək olar? Siyahıda yerli mütəxəssisin olmamasına da normal yanaşıram. Bir sadə məntiqlə ki, əcnəbi məşqçi həm də, böyük paraların arxasına keçmək imkanı deməkdir. Qorxaq, məzlum, yaltaq imicindən çıxa bilməyən yerli mütəxəssislərə hələ bu da azdır. Qoy bundan sonra da Elxan Məmmədova yarınmaqda davam etsinlər. Adamların mövqeyi, sözlərinin kəsəri yoxdur. Bunun qarşılığı da məhz belə olmalıdır. 5-10 manata görə səsini çıxara bilməyən yerli mütəxəssis ordusu bu münasibətə layiqdir, sonuna qədər haqq edir bunu”.

Kamal Quliyev (işsiz mütəxəssis)

"Bu, nəinki yerli məşqçilərə, həm də bütün xalqa hörmətsizlikdir. Yəqin o siyahını açıqlayan adamın qanacağı yoxdur ki, bir nəfər belə olsa, yerli mütəxəssisin adını o siyahıya daxil edilməyib. Tarix də göstərir ki, bizim əcnəbi mütəxəssislərlə heç bir ciddi uğurumuz yoxdur. İndiyədək nə qazanmışıqsa, ancaq yerli məşqçilər sayəsində qazanmışıq. Xarici mütəxəssis gətirməkdə məqsədləri nədir, bilinmir. Niyə bu yola əl atırlar, nəyə nail olurlar, məlum deyil. Elə hər dəfə xarici mütəxəssisi milliyə baş məşqçi gətirəcəklərsə, onda niyə yerli məşqçi işlədirlər ki? Klub səviyyəsində də bütün baş məşqçilər xarici olsun elə. Bizim Avropada 10-15 futbolçumuz oynamır axı, deyək ki, bu futbolçularla nəyəsə nail olmaq olar”.

Mənbə: komanda.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X