"Çelsi"nin məşqçisi Joze Mourinyonun klubunda görmək istədiyi "Şalke"nin gənc ulduzu Julian Draxler Avropanın nəhəngində forma geymək istədiyini açıqlayıb.
İdman24.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, Draxler "Hansı futbolçu "Real", "Barcelona", Mançester Yunayted" və ya "Çelsi"də oynamaq istəməz? Məncə bu utanılacaq bir şey deyil", deyib.
Oyunçunun meneceri isə "Müqaviləsində 45,5 milyon avro qarşılığında sərbəst qalma maddəsi var. Həmçinin "Çelsi" onunla razılaşmalıdır. Bu şərtlər yerinə yetirilərsə, transfer gerçəkləşə bilər", deyib.
İdman24.az