11:03 14.02.2020 1918

Görək bizim ağsaqqallar nə deyir... - Futbolumuzun veteranlarının faciəsi

Amal Abuşov
 
El arasında "Qaçaq Nəbi” adıyla məşhurlaşan, əsl adı "Qanlı zəmi” olan filmdə təsirləndiyim bir səhnə var. Nəbinin kəndxuda təyin etdiyi, sonradan da bəylik titulu alan sadə kəndli ona xəyanət edir. Patron vermək adıyla Qaçaq Nəbini tələyə salan kəndxuda öz hərəkətin haqq qazandırmaq üçün sıxıla-sıxıla deyir: "Bağışla, Nəbi. Düzdü, qulluğa sən qoymusan məni. Amma çörəyi onlar verirlər axı mənə”. Çox ağır və təsirli səhnədi. Fikirləşəndə ki, Qaçaq Nəbinin vaxtında insanlar indikindən mərd imiş, öz sözlərinə daha çox sahib çıxıb, əsl kişi kimi yaşamağa çalışırmışlar, lap dəhşətə gəlirsən. Çünki günümüzdə bu dəyərlər itməkdədi. Burda sənə bir söz deyən başqa yerdə çox rahatlıqla arxanca danışır, xəyanət etməyə çətinlik çəkmir, səni yarı yolda buraxır. Bilmirsən kimə inanasan. Onda yaşamaq daha çətin və cansıxıcı olur.
 
Əfqan Talıbovla Babək Alxasovun Nazim Süleymanovu yarı yolda buraxıb, AFFA Həmkarlar İttifaqını tərk etməsi xeyli maraqlı ssenari ilə gerçəkləşdi. Özləri deməsə də, sonradan öyrəndik ki, bu iki nəfər yeni il öncəsi həmkarları ilə birlikdə ittifaqın tədbirinə qatılıb, hətta ağızlarını şirin eləmək üçün kəsilən tortdan da yeyiblər. Sonra isə dabanlarını tüpürüb, qaçmağa başlayıblar. Qaçıblar-qaçıblar, AFFA-nın binasına çatanda dayanıblar. Orda da deyiblər ki, keçirik sizin qılıncınızın altından, öldürməyin bizi. "Günahlarının” bağışlanmasını diləyib, bundan sonra bir daha belə səhvə yol verməyəcəklərinə and içiblər. Mübarizə aparmaq, haqqını istəmək, ləyaqətlə yaşamaq hər adamın bacardığı iş deyil. AFFA-nın baş katibi Elxan Məmmədov da bizim futbol veteranlarını yaxşı tanıyır. Ona görə də illərdi ki, veteranları adam yerinə qoymur, onları AFFA-nın binasının kandarından içəri buraxmırdı. Baş katibin azərbaycanlılara münasibəti hər kəsə bəllidi. Yaxşı bilirdi ki, işsiz-gücsüz veteranlar heç vaxt onun üzünə ağ olmayacaq, səslərini çıxarıb nəyəsə etiraz etməyəcəklər. Gözləyəcəklər ki, bir gün Məmmədov onlara lütf edəcək, hansısa yüngül bir vəzifə verəcək. Deyəcək ki, işlə, balalarını saxla, özünü yaxşı apar.
 
Hər şey illərdi ki, belə davam edirdi. Nazim Süleymanovun "səbr kasası” daşandan sonra çox şeylər dəyişdi. Ötənlərin məşhur futbolçusu üsyan bayrağını açdı, veteranlara edilən haqsızlıqlara qarşı səsini çıxardı. Süleymanovun etdikləri Elxan Məmmədov üçün gözlənilməz idi. Ona görə də ilk vaxtlar məsələni ciddiyə almadılar, Nazimin tezliklə susacağını düşündülər. İş ciddi xarakter alanda, narazı veteranlar təşkilatlanmağa başlayanda baş katib də qəflət yuxusundan oyandı. Kimisini qorxutmağa, kimisini satın almağa başladılar. Artıq AFFA Həmkarlar İttifaqı Elxan Məmmədov və onun dəstəsi üçün qorxulu yuxuya çevrilib. Bu təşkilatı dağıtmaq, narazılıqları beşikdəcə boğmaq üçün hər şeyə əl atırlar. İndi Həmkarlar İttifaqı gizli toplanmağa başlayıb. Çünk AFFA inzibati resurslarını işə salıb, veteranlara toplantı üçün yer verənlərə təzyiq göstərirlər ki, qapılarını onların üzünə bağlasınlar. Qorxudulanlar var, satılanlar da.
 
Yunis Hüseynov özü bir iş görməyən Bernard Lippertin köməkçisidi. Mahir Şükürov, Emin Quliyev, Zaur Ramazonov da AFFA-nın himayəsi altındadılar. Vidadi Rzayevə barmaq silkələyiblər. Maraqlıdı, daha əvvəllər onları niyə xatırlamırdılar? Əfqan Talıbovla Babək Alxasov da üzü AFFA-ya tərəf gedən, sonunda vəzifə və pul görünən qatara doğru qaça-qaça getdilər. Eşitdiyimizə görə, Əfqanın mükafatı artıq verilib. Talıbov federasiya tərəfindən "Turan Tovuz"un Müşahidə Şurasına üzv göndərilib. Oqtay Abdullayev illərdi davam edən küskünlüyü unudub. Onun Əfqan Talıbovu sevmədiyi futbol ictimiayyətinə çoxdan məlum idi. Çox güman ki, Babək Alxasov da tezliklə mükafatlandırılacaq. Yaxın günlərdə Alxasovu Yaşar Vahabzadənin yanında, "Kəpəz”in məşqçilər korpusunda görə bilərik. Allah xeyirlərini versin. Biz nə kərayik? Elə Nazim Süleymanovun rəhbərlik etdiyi təşkilatın məqsədi-məramı da bu idi. Çoxları düşünürdü ki, Sulya özünə iş, vəzifə, maaş mübarizəsi aparır. Artıq yanıldıqlarını anlayıblar. Nazim Süleymanov "savaşır”, bəhrəsini isə digərləri görür. Kimisi iş tapır, başqa birisi təqaüd alır. Bu günlərdə AFFA-nın veteranları özünə yaxın olan otellərin birinə toplayacağı deyilir. Yəqin ki, ordan da nahara dəvət edərlər ki, veteranlar günortanı ac qalmasınlar, evlərinə qarnı tox dönsünlər.
 
Bəli, vəziyyət gördüyümüz kimidi. Elə ona görə də AFFA-nın milli komandanın baş məşqçisi olmağa namizəd gördüyü 32 mütəxəssisin arasında azərbaycanlı yoxdu, hamısı əcnəbilərdi. Diqqət yetirin, buna etiraz edən, yerlilərin müdafiəsinə qalxan da elə bizik. Yəni, mətbuatın vicdanlı kəsiminin nümayəndələri. Azərbaycanlı futbol mütəxəssislərinin isə heç cınqırı da çıxmır, etiraz edə bilmirlər. Hərdən öz-özümə deyirəm ki, bizim nəyimizə lazımdı?! Qoy bu dəfə də özləri danışsın. Danışa bilsələr...

Mənbə: "Futbol+” qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X