PSJ "Real"ın transfer etmək istədiyi Kilian Mbappeni heyətində saxlamaq üçün hərəkətə keçib.
Fanat.Az xəbəp verir ki, Paris klubu 21 yaşlı futbolçuya Lionel Messi və Kriştano Ronaldo kimi 50 milyon avro maaş təklif edib.
Hazırda illik maaşı 15 milyon avr olan Mbappenin müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub. "Real"ın prezidenti yayda gənc forvardı Madridə aparmağa çalışır.
Qeyd edək ki, PSJ Mbappeni 2017-ci ilin yayında "Monako"dan 180 milyon avroya alıb. 21 yaşlı futbolçu cari mövsümdə oynadığı 28 oyunda 24 qol vurub və 15 məhsuldar ötürmə edib.
Fanat.Az