"Zirə"nin kapitanı Cavid Hüseynov Premyer Liqanın XVII turunda evdə "Qarabağ"a qarşı keçirdikləri oyunda meydandan qovulub.
Fanat.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 68-ci dəqiqədə qırmızı vərəqə alıb.
Belə ki, Cavid rəqib oyunçularla mübarizədə yerdə qalıb. Qarşılaşmanın baş hakimi Rəhim Həsənov matçı davam etdirib, meydan sahibi komandanın kapitanı isə hakimə sərt şəkildə etirazını bildirib. Bununla da sakitləşməyən Hüseynov referini bir neçə dəfə təhqir edib. Nəticədə Həsənov ona "qırmızı” verərək meydandan qovub. Futbolçu meydandı tərk edərkən də, söyüşlərini saxlamayıb.
Qeyd edək ki, "Qarabağ" 6:0 hesablı qələbə qazanıb.
Fanat.az