AFFA Həmkarlar İttifaqının üzvü – idman jurnalisti Anar Xanlarov feysbuk hesabında maraqlı informasiya paylaşıb.
Fanat.Az xəbər verir ki,o, ölkə başçısına ünvanlanan məktuba bildiriş gəldiyini bildirib:
"Bir neçə gün öncə Həmkarlar İttifaqının ölkə başçısına yazdığı məktubun ünvanına çatması və bununla bağlı bildiriş gəlməsi haqda məlumat vermişdim. Bəzilərinin beynində şübhə qalmasın deyə həmin göndərişin fotosunu da paylaşıram. Bu arada, diqqət yetirilməli xüsusi məqam: prezident aparatından gələn bildirişdə də təşkilatın adı məhz AFFA Həmkarlar İttifaqı yazılıb. AFFA rəhbərliyi və xüsusilə Elxan Məmmədov artıq dərk etməlidir ki, onların monopolist və diktatura rejimlərinin ömürünə çox qalmayıb.
Bu arada, veteranlarla nəzərdə tutduqları görüşün təxirə salınmasının da əsl səbəbini icraçı vitse-prezident baş katib özü yəqin ki, yaxşı bilir...