"Liverpul”un alman çalışdırıcısı Yürgen Klopp UEFA-nın "Mançester Siti”ni avrokuboklardan uzaqlaşdırılmasından danışıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis təəccübünü gizlətməyib:
"Bu, mənim üçün əsl şok oldu. Sadəcə, vau... Mən "şəhərlilər”in futbol meydanındakı çıxışına qiymət verə bilərəm. Digər məsələlər barədə isə məlumatsızam. Həqiqətən Pepə və futbolçularına görə təəssüflənirəm. Amma artıq olan olub. İndi apelyasiya verə bilərlər. Ona görə də gözləyək. Belə görünür ki, vəziyyət ciddidir. Amma onların oyunu heç vaxt unudulmayacaq”.
Xatırladaq ki, UEFA maliyyə feyr-pley qaydasını pozduğu üçün "Mançester Siti”ni qarşıdakı 2 mövsüm üçün Avropa kuboklarından uzaqlaşdırıb.
Fanat.Az