"Qış fasiləsindən sonra nəticələrimiz alınmır. Lakin oyun planında komandadan razıyam. Sadəcə, yenilərə müəyyən vaxt lazımdır ki, uyğunlaşsınlar”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail”ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib.
40 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətlər müdafiəçilərlə bağlı yox, komanda şəklində müdafiə oluna bilməmələri və İbrahima Niassenin yerini doldura bilməmələri ilə bağlıdı: "Son oyunlardakı uğursuzluğu sırf müdafiə xətti ilə bağlamazdım. İbrahim Niassenin gedişindən sonrakı boşluğu doldura bilməmişik. Bu komanda oynamağı bacarır və potensialımız var. Yeni transferlər komandaya gec qoşuldu. Onlara da vaxt lazımdı".
"İlk gündən hücum futbolu oynamağa çalışmışıq. Fəlsəfəmiz budu. 90 dəqiqə ərzində müdafiədə oturmaq və bir hücuma bel bağlamaq da olmaz" deyə Elmar Baxşıyev bildirib.
Baş məşqçi Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadasının işini normal qiymətləndirib: "Sadəcə, öz oyunçularıma iradım var. Öz konsentrasiyalarını itirir və lazımsız vərəqələr alırlar”.
Fanat.az