"Oyun həqiqətən də hər iki komandanı həyəcana salmışdı. Bu gərginlik meydanda da hiss olunurdu. Lakin əvvəlki oyunlarımız davamını gətirəcəyimizə ümid verirdi. Futbolçularımız yaxşı oyun və nəticə ilə ümidlərimizi doğrultdular”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail”in baş məşqçisi Aftandil Hacıyev evdə "Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Bundan əvvəlki oyunlar da bizə ümid verirdi. Birinci hissədə planlaşdırdığımız kimi oynaya bilmədik. Rəqib 6 legionerlə çıxış edirdi, bizim üçün asan deyildi. İlk hissəni rəqibin aktivinə yazmaq olar. İkinci hissədə isə hücumların kəsəri artdı, 3 qol vurduq. Vacib qələbə qazandıq. Futbolçuları təbrik edirəm".
39 yaşlı mütəxəssis bildirib ki, 6 legionerlə çıxış edən rəqibə qarşı mübarizə aparmaq asan deyildi: "İlk hissəni rəqibin aktivinə yazmaq olar. İkinci hissədə isə aktivliyi artırdıq və 3 qol vurduq".
Baş məşqçi yeni və zədədən dönən oyunçuların vəziyyətini müsbət dəyərləndirib:
"Əvəzetmələrdə ehtiyatlı olmalı idik. Uzun müddətdən sonra Eriko Da Silvanı meydana buraxdıq. Peyman Keşavarz zədəli olsa da Rauf Əliyevin vəziyyəti pis deyil. Digər oyunçuları Bahadur Həziyevi ilk dəfə Premyer Liqada kəşf etdik. Tezliklə qalan futbolçularımızın da meydana dönməsi önəmlidi. Yeni transferimiz Lema Mabididə 6 ay oynamadıqdan sonra praktikasının çatışmadığı aydındı. Özü də çalışqandı və komandaya fayda verəcəyini düşünürəm”.
Fanat.Az