12:28 17.02.2020 1818

Rauf Əliyev: "Özlərini yuxarıdan aparırlar"

Azərbaycan milli komandasının sabiq futbolçusu Rauf Əliyev yeni klubu "Səbail"in heyətində qol hesabını açıb. 

Fanat.Az xəbər verir ki, 31 yaşlı hücumçu Premyer Liqanın XVII turunda "Qəbələ"ni 3:1 hesabı ilə yendikləri oyunun 70-ci dəqiqəsində fərqlənib. Bununla, Əliyev mövsüm ərzində ikinci klubda ilk qolunu vurub. O, cari mövsümün ilk yarısında "Neftçi”də də fərqlənmişdi.

Təcrübəli forvard əvvəlki mövsümlərdə daha 5 komandada - "Qarabağ”, "Bakı”, "Xəzər Lənkəran”, "Keşlə” və "Qəbələ”də rəqib qapısına yol tapıb. "Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. O, Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur.

- İki fərqli hissə oldu və sonda əzmkar qələbə qazandınız. Matçın belə gedişini nə ilə əlaqələndirərdiniz? 
- Təkcə oyun başlayanda yox, hətta isinmə hərəkətləri zamanı da hiss olunurdu ki, komandada bir az rahatlıq var. Onun da ziyanını çəkdik, görüşün əvvəlində, qol buraxdıq. Bu, fasiləyədək qapımız qarşısında yeganə təhlükəli epizod oldu. Əsas odur ki, sonda oyunu çıxara bildik. Komanda artıq birinci hissənin ortalarından özünə gəldi və fasilədən sonra qollarımızı vurduq. Vacib olan uğurlu seriyaya başlamağımızdır, artıq ardıcıl iki matçdır qələbə qazanırıq. Hər şey yolundadır.

- "Səbail"in qış fasiləsindən sonra çıxışında yaxşılığa doğru dəyişiklik var. Halbuki, bu 4 aydır qələbə üzünə həsrət qalan, qış fasiləsində aparıcı futbolçuları gedən komandadır. Dəyişən nədir ki, belə çıxış alınıb?
- Deyə bilmərəm. Bu, futboldur, uğursuzluq seriyası olur. Gedənlər də dediyiniz kimi, yaxşı futbolçular idilər. Özümü kənara qoyuram, gələnlər də komandaya güc qatıb. Oyunda da baxımlılıq hiss olunur. Motivasiyaya gəlincə, toparlanır, oynayırıq. Hər şey qaydasındadır. Komandanın futbolçusuyuq, meydançaya qələbə üçün çıxmalıyıq.

- "Səbail"də qol hesabını artıq açdınız. Sizin üçün bu, üçün nə qədər vacib oldu? 
- Hücumçuyam, qol vurmalıyam. Sevinirəm ki, bu dəfə fərqləndim, vacib qol vurdum. Hər şey mənim üçün yaxşıdır. 

- Karyeranızda artıq neçənci klubunuzda qol hesabınızı açmısınız?
- Buna diqqət yetirməmişəm. Əsas odur ki, qol vururam. Hücumçuyamsa, bunu etməliyəm. 

- Bu mövsüm hər 2 qolunuzu "Qəbələ"yə vurmusunuz. Keçmiş komandanızın qənimisiniz, yoxsa bu, sadəcə, maraqlı təsadüfdür?
- (gülür) Futbolda belə hallar olur. 

- "Səbail"də özünüzü necə hiss edirsiniz: Tam uyğunlaşdığınızı söyləmək olar?
- Hər şey yaxşıdır. Mehriban kollektivimiz var. Bütün futbolçular - istər yerlilər olsun, istərsə də əcnəbilər arasında əla ünsiyyət mövcuddur. Bu da komandanın nəticələrinə, meydandakı futboluna təsirini göstərir. 

- Bu seriyaya başlayandan sonra Avropa Liqası zonası yaxın görünürmü? 
- Bu gün bir az çətin görünə bilər. Çünki bütün komandalar o yer üçün mübarizə aparır. Çempionatın sonunadək əlimizdən gələni edəcəyik.

- "Səbail"ə gəldiyinizə görə peşman deyilsiniz?
- Əlbəttə, ilk növbədə, bura oynamaq üçün gəlmişəm. İndiyədək heç bir kluba keçəndə peşman olmamışam. Ümumiyyətlə, həyatımdakı bütün dəyişikliklərə peşmançılıq keçirməmişəm. Bu gün "Səbail"dəyəmsə, mənim üçün hardasa doğma klubdur. Çünki bu meydanda böyümüşəm, futbola burada başlamışam. Həmin vaxt 20-ci sahə qəsəbəsinin stadionu idi. İlk məşqçim Ramiz Səadətov olub. İndi isə "Səbail" üçün ən yaxşısını etməyə hazıram.

- Qış fasiləsində ayrıldığınız "Neftçi"nin çıxışını izləyirsiniz? Qış fasiləsində baş məşqçi dəyişikliyi oldu, artıq Roberto Bordin yoxdur...
- Yox, izləmirəm. Bütün fikrim "Səbail"dədir. 

- Növbəti turdan nə gözləyirsiniz? Digər "qonşu"nuzla - "Sabah"la görüşəcəksiniz...
- İndi elə bir mövqedəyik ki, əlbəttə, arxayınlaşmaq olmaz. Çünki önümüzdəki rəqib də "Sabah"dır. Hardasa əsas rəqiblərimizdən biridir. Ona görə çətin oyun olacaq. Səfərdə çıxış edirik. Bizi çox ağır sınaq gözləyir. "Sabah" da son vaxtlar çox yaxşı çıxış edir. Bizim kimi, iki qələbə qazanıblar, güclü heyətləri var.

- "Səbail"də nominal mərkəz hücumçusu yalnız sizsiniz. Bu, sizi rahatlaşdırmır? 
- Xeyr. Həmin mövqedə oynayan futbolçularımız var. Sadəcə, bu gün mən çıxış edirəm və heç bir rahatlıqdan söhbət gedə bilməz. Çünki mübarizə aparıram ki, özümü ən yaxşı tərəfdən göstərim.

- Ulduz futbolçu Maykl Essyenlə komanda yoldaşısınız. Onun futbolçu karyerası məlumdur. Necə insandır: Sizə meydanda, ondan kənarda hansı faydası dəyir?
- Həqiqətən çox xoş hisslərdir ki, belə bir futbolçu ilə eyni komandadayıq. Artıq Azərbaycanda bütün futbolçular bilir ki, Maykl çox sadədir. Deməzsən ki, böyük klublarda oynayıb. Oyunçular var ki, özlərini yuxarıdan, ulduz kimi aparırlar. Essyen isə əksinə, çox sadədir. Həqiqətən peşəkardır, ondan öyrənirik, hamı görüb-götürür. O, çox yaxşı insandır.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 İyun 2025
14:34

Aleks De Souzanun yeni iş yeri bilindi - RƏSMİ

14:16

"Mən "Qızıl top"u həmişə ona verərdim" - Serxio Ramos

13:58

Klublararası dünya çempionatı: "Borussiya Dortmund" ilə "İnter" ilk sınağına çıxır

13:39

İngiltərəni Konfrans Liqasında təmsil etmiş məşqçi "İmişli"ni çalışdıra bilər - AÇIQLAMA

13:20

Çempion Ceydon Sançonu istəyir

13:02

35 yaşlı müdafiəçi "Mançester Siti"ni digər İPL klubuna dəyişir

12:44

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

12:26

Beyl İngiltərə klubunun səhmlərini almağa yaxındır

12:08

İdman Arbitraj Məhkəməsi İrlandiya klubunun şikayətini rədd etdi

11:50

AFFA 2 kluba texniki məğlubiyyət verdi

11:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:16

"Sabah"ın mümkün rəqiblərinin sayı dəqiqləşdi - Bu 4 komandadan biri ilə qarşılaşacaq

10:58

"Araz-Naxçıvan" Almaniyadan futbolçu transfer etdi

10:27

Ronaldulu "Əl-Nəsr"də qalmaqal - Baş direktor klubu məhkəmə ilə hədələdi

10:06

Dünya çempionatı: Daha iki cüdoçumuz mübarizəyə qoşulur

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

AL: "Sabah"ın rəqibi müəyyənləşir - YENİLƏNİR

09:00

Klublararası dünya çempionatı: Juninyo oynamadı, komandası qalib gəldi

01:21

"Çelsi" klublararası dünya çempionatına inamlı qələbə ilə başladı

00:40

"Bayern Münhen"in hücumçusu Zaqreb "Dinamo"suna keçdi - RƏSMİ

16 İyun 2025
23:42

"Axmat"ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:06

Paytaxt klubu 37 yaşlı ispanla müqavilə yenilədi

22:07

Bonuççi qadın futbolçunu bu vəziyyətə saldı - VİDEO

21:38

Edin Ceko İtaliya klubu ilə anlaşdı

21:05

"Barselona" Asiya turnesində bu komandalarla qarşılaşacaq

20:41

"Neftçi"də növbəti ayrılıq

20:20

"Qarabağ" beynəlxalq turnirin qalibi oldu

19:50

Mark-Andre ter Ştegen "Qalatasaray"da? - SON DURUM

19:14

Dünya çempionatı: Zelim yarımfinalda uduzdu

18:41

Dovbikin agenti müştərisinin satılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

18:10

Rafael Fiziyev Qurban Qurbanovla görüşdü

17:48

Zelim Tçkayev yarımfinala vəsiqə qazandı

17:19

Luis Dias toydan əvvəl dişlərinə brilyant düzdürdü - FOTO

16:53

Hələ tarixdə "Bayern" kimisi olmamışdı

15:44

"Bayern"in yeni transferi 10:0-ı şərh etdi

15:38

Elçin Məsiyev Portuqaliyanın oyununa təyinat aldı

15:03

Osimhen üçün "qızıl müqavilə" - Ərəblərdən fantastik təklif

14:40

"Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim etdi - FOTO

14:19

ÇL: "Qarabağ"ın ilk rəqibinin açıqlanacağı tarix bəlli oldu

13:56

"Bayern"in baş məşqçisi olmasaydım belə, bu oyunu stadiondan izləyərdim" - Vensan Kompani

Facebookdan bizi izləməyi unutmayın.
X