İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton”un U-23 komandası 17-ci turda "Liverpul"u qəbul edib. Yekun hesaba sevinən tərəf qonaqlar olub - 2:1.
Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb.
11 xalı olan "Vulverhempton” yer aldığı 1-ci qrupda 12 kollektiv
arasında sonuncu yerdədi.
Fanat.Az