AFFA "Keşlə"nin futbolçusu Sezar Meza Kollini milliləşdirməyi qərara alıb.
Fanat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Paraqvay əsilli italiyalı yarımmüdafiəçinin FIFA-nın müvafiq qaydaları əsasında Azərbaycan yığmasına cəlb olunması nəzərdə tutulub.
29 yaşlı oyunçu Azərbaycanda fasilələrlə 2013-cü ildən çıxış edir. O, İtaliyanın "Cesena" klunundan "İnter"ə (indiki "Keşlə") transfer olunub. Futbolçu2013-2015 və 2016-cı illərdə bu komandada, 2016-2017-ci illərdə "Zirə"də çıxış edib. 2018-ci ildə "Keşlə"yə qayıdan Sezar həmin il Rumıniyanın "Universitatea" (Krayova) klubuna keçib. Ötən il isə yenə Bakı klubuna dönüb.
Fanat.Az