12:59 18.02.2020 2166

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil edib - FOTO/VİDEO

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə peşəkar boks sahəsində beynəlxalq səviyyəli təlimlər təşkil edib.

Fanat.Az xəbər verir ki, proqram çərçivəsində ilk təlim 10-11 fevralda, Bulvar Oteldə, peşəkar boks referi və hakimləri üçün keçirilib. Təlimi 2000-dən çox peşəkar döyüşlərdə, həmçinin 300 titul görüşlərində hakimlik etmiş təcrübəli İtalyan hakim Guido Cavalleri keçirib. Təlimin sonunda hakimlər imtahan verib və WBC-nin xüsusi sertifikatları ilə təltif olunublar. İkinci təlim isə 12 fevralda katmanlar üçün ispaniyalı təcrübəli katman Rodriguez "Tinin” Dominguez Agustin tərəfindən keçirilib. Təlimlər ümumən 40 nəfər iştirakçını əhatə edib.

"Azərbaycan Peşəkar Boks Federasiyası ötən il yenidən təşkil olunaraq aktiv fəaliyyətə başlayıb. Federasiyanın məqsədi ölkədə peşəkar boksu inkişaf etdirməkdir və bunun üçün boksçular, promouterlər və menecerlərlə iş aparırıq. Dünya Boks Şurası (WBC) ilə ötən il əməkdaşlığa başlamışıq və bu beynəlxalq səviyyəli təlimləri təşkil etmişik. Bunlar hamısı Azərbaycanda peşəkar boks döyüşləri keçirməyə imkan verəcək. Arzumuz odur ki, bizim peşəkar boksçularımız ən yüksək beynəlxalq arenalarda bayrağımızı ucaltsınlar”, - Azərbaycan Peşəkar Boks Federasiyasının Prezidenti Artyom Həsənov bildirib.

Təlimlər Azərbaycanda peşəkar boks sahəsində referilərin, hakimlərin və katmanların peşəkarlığının artırılmasına xidmət edib. Bunun nəticəsində Federasiyanın nəzdində beynəlxalq tələblərə cavab verən Peşəkar Boks Komissiyası yaradılıb. Döyüşlərin qaydalara uyğun keçirilməsini idarə edəcək Komissiyanın yaradılması Azərbaycanda peşəkar boks döyüşlərini təşkil etməyə imkan verəcək.

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə peşəkar boksun inkişafı üçün müxtəlif işləri davam etdirəcək.

Fanat.az
 
 






Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

11:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

10:24

Yeni klubu Lyakazettin keçidini açıqladı

09:45

Klublararası dünya çempionatı: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi

09:23

Kamal Quliyev aşağı liqaya düşən kluba baş məşqçi təyin olundu

Facebookdan bizi izləməyi unutmayın.
X