Türkiyənin "Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Super Liqa klubu Bülent Uyğuna tapşırılacaq. Bu barədə klubun vitse-prezidenti Kaan Şanlıkan məlumat verib. Onun sözlərinə görə, mütəxəssislə danışıqlar müsbət nəticələnib və təyinat yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Bülent Uyğun bu postda Mehmet Özdileki əvəzləyəcək. 48 yaşlı mütəxəssis son olaraq "Kayserispor”u çalışdırıb.
Fanat.Az