PSJ baş məşqçi dəyişikliyinə hazırlaşır.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi yayda Tomas Tuçeli yola salacaq. Bildirilir ki, idman direktoru Leonardo onun işindən məmnun deyil. Həm də vaxtaşırı aralarında münaqişə olur.
Həmçinin komandanın Çempionlar Liqasındakı çıxışı klub rəhbərliyini razı salmayıb. Onlar Tuçelin PSJ-ni hədəflərinə çatdıra bilməyəcəyini düşünür.
Fransa mətbuatı almaniyalı mütəxəssisin yerinə namizədlər arasında Massimiliano Allegri və Maursio Sarrinin olduğunu yazıb.
Fanat.Az