13:41 21.02.2020 2735

Məşhur mütəxəssisin millimizi çalışdırmaq şərtləri: 3,5 milyon, 8-12 köməkçi…

Nikola Yurçeviçi ötən ilin dekabrında millinin baş məşqçi postundan uzaqlaşdıran AFFA-nın axtarışları əsas fazaya daxil olub.

32 nəfərlik ilkin siyahıda yer alan namizədlərin sayı xeyli azalıb.

Onlardan Abdullah Avcının Azərbaycan komandasını çalışdırma ehtimalı davam edir. Türkiyə mətbuatı ilk dəfə Sportinfo.az-ın yaydığı xəbəri inkişaf etldirərək, onun hələlik məsələ ilə bağlı konkret fikir bildirmədiyini yazır.

Belə ki, türkiyəli mütəxəssis üstünlüyü klub çalışdırmağa verir. Avcı "Beşiktaş”dan ayrıldıqdan sonra ona bir neçə Süper Liqa təmsilçilərindən təklif olub.

Ancaq o, karyerasını ölkəxaricində davam etdirmək niyyətindədir. 56 yaşlı çalışdırıcı hazırda Avropa klublarının bir ilə danışıqlar aparır. Əgər danışıqlar müsbət nəticələnməsə, Avcı AFFA rəhbərliyi ilə masa arxasına oturacaq

Abdullah Avcı mövsümə "Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. O, 2011-2013-cü illərdə Türkiyə millisini çalışdırıb.

Bir neçə həftə öncə İsanbul nəhənginin sükanıi arxasından uzaqlaşdırılan çalışdırıcı hər ay təzminat olaraq 1 milyon lirə alır. Azərbaycanda işləməyə razılıq versə, həmin pul avtomatik kəsiləcək.

Bu, «Beşiktaş»la onun arasında bağlanmış müqavilə üzrə tənzimlənir. Belə ki, aldığı yeni təkliflərdən birini dəyərləndirmədiyi müddətdə «qara qartallar» Avcıya təzminat ödəyəcək.

Sportinfo.az-ın məlumatına görə, türkiyəli kifayət qədər ağır şərtlər irəli sürüb. "Beşiktaş"la illik müqaviləsi 5 milyon manat civarında olan mütəxəssis sonradan daha 2 il artırılmaq şərtiylə AFFA-dan iki illik müqavilə tələb edib. Təkcə özünə 12 ay üçün 3,5 milyon dollar istəyib.

Avcı məşqçi və texniki korupusunda minium 8-12 nəfərin yer alacağını şərit qoyub. Kimlərlə çalışacağını da AFFA deyil, özü müəyyənləşdirəcək. Federasiya yalnız 1 yerli məşqçini ona təklif edə biləcək.

Türkiyənin ən güclü məşqçilərindən biri hesab olunan Abdullah hoca hazırda Azərbaycan futbolu haqda məlumatlar toplayır. Onun köməkçiləri vaxtilə burada çalışmış məşqçi və futbolçulardan bir neçəsiylə əlaqə saxlayıb, onların fikrini soruşub.

Bütün hallarda Avcının bu təklifdən ikiəlli yapışdığını demək olmaz. O, Azərbaycana «hə» deməyi özü üçün son variant olaraq saxlayıb. AFFA ümid bəsləyir ki, Avcının aldığı digər təkliflər həyata keçməyəcək və güzəştə gedəcək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

Facebookdan bizi izləməyi unutmayın.
X