"Fənərbaxça" Adil Rami ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, fransalı müdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. İstanbul təmsilçisi artıq bununla bağlı Türkiyə Futbol Federasiyasını (TFF) məlumatlandırıb.
Qeyd edək ki, "DÇ-2018"də Fransa millisinin heyətində qızıl medal qazanan Rami ötən ilin avqustunda "Marsel"dən "Fənərbaxça"yə transfer olunmuşdu. O, İstanbul klubunun heyətində cəmi 1 Super Liqa, 6 kubok oyununa çıxıb. 34 yaşlı futbolçu əvvəllər Fransanın "Frejus", "Lill", İspaniyanın "Valensiya", "Sevilya" və İtaliyanın "Milan" klublarında çıxış edib.
Fanat.Az