Almaniyanın 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” də növbəti görüşünə çıxıb.
Aue klubu rəqib meydanında "Osnabryuk”la 0:0 hesablı heç-heçəyə razılaşıb.
Nazarov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
23 tura 31 xala yığan "Ersgebirge” turnir cədvəlində 18 iştirakçı arasında 8-cidi.
Fanat.Az