"Mançester Siti"nin ulduzu Rahim Sterlinq komandadan ayrılır.
Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçunun "Real"a keçməyə yaxın olduğu bildirilir. Sterlinq bu qərara "Mançester Siti"nin iki il avrokuboklardan uzaqlaşdırılmasından sonra gəlib.
Məsələ ilə bağlı açıqlama verən "Real"ın baş məşqçisi Zinəddin Zidan bu barədə danışmaq istəmədiyini bildirib: "Bizə məxsus olmayan futbolçu şaqda danışmaq olmaz. Bəli, Sterlinq çox yaxşı oyunçudu. Bu qədər".
Fanat.Az