"Yuventus”un superulduzu Kriştianu Ronaldu A Seriyasının
25-ci turunda SPAL-la səfər matçında hesabı
açıb.
Fanat.az
xəbər verir ki, görüşün
39-cu dəqiqəsində adını tabloya yazdıran hücumçu A
Seriyasında ardıcıl 11 oyunda fərqlənib. "Yuve”nin 2:1 hesablı qələbəsiylə bitən qarşılaşmada qoleodorluq bacarığını
ortaya qoyan portuqaliyalı bu göstəricidə Qabriel Batistuta
("Fiorentina”) və Fabio Kualyareallanın ("Sampdoriya") rekorduna
şərik olub.
Batistuta 1994-1995, Kualyarella isə 2018-2019 mövsümündə ardıcıl 11 oyunda qol vurub.
Ronaldo bu göstəriciyə "Real”da çıxış edərkən La Liqa
və Çempionlar Liqasında da imza atıb.
Fanat.Az