"Yuventus"un ulduzu Kriştiano Ronaldo üçün A Seriyasının XXV turunda baş tutan SPAL-la oyun əlamətdar olub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu karyerasında 1000-ci oyuna çıxıb. Ronaldo 1000 oyunda 725 qol vurub, 220 məhsuldar ötürmə edib. O, karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa, İngiltərə, İspaniya və İtaliya çempionu olub, 5 dəfə "Qızıl top”a sahib çıxıb.
Qeyd edək ki, SPAL-a qarşı oyunda (2:1) portuqaliyalı komandasının ilk qolunun müəllifi olub. Bununla da o, A Seriyasında ardıcıl qol vurduğu oyunların sayını 11-ə (ümumilikdə 15 qol) çatdırıb.
Fanat.Az