Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti mükafatına yiyələnib.
Fanat.Az xəbər verir ki, idmançımız İsveçin Helsinqborq şəhərində təşkil olunan "Helsinqborq Open" beynəlxalq turnirində qüvvəsini sınayıb. 68 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gəlib.
Cavad qızıl medala yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fanat.Az