18:49 23.02.2020 1091

"Səbail"in baş məşqçisi: "Hər iki tərəf 1 xal qazandı"

Azərbaycan Premyer Liqasında XVIII turun "Sabah”la səfərdə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra "Səbail"in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.

Gənc mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Hər iki komanda üçün ağır oyun oldu. Suni örtükdən təbiiyə keçəndə bizim üçün çətin olur. Rəqib də azlıqda qalmışdı. Hər iki qapı qarşısında qol epizodları oldu.

Bilirdik ki, rəqib qapanan komandadır. Bunu gözləyirdik. Qırmızı vərəqədən sonra planları dəyişmədi, sistemi dəyişdilər. Bizim üçün son nöqtəni qoymaq çətin oldu. Oyuna nəzarət əlimizdə idi. Hücum xətti üçün geniş seçimimiz yoxdur.

Futbolçular çox əziyyət çəkdilər. Kifayət qədər təhlükəli epizodlar oldu. Rəqib isə əks-hücumlarda təhlükə yaradırdı. Son dəqiqələrdə hesab dəyişə bilərdi. Bu gün hər iki tərəf 1 xal qazandı. Rəqib oyunun sürətini olduqca aşağı salırdı. Son dəqiqələrdə bunu görəcəyimizi düşünürdük. Ancaq ilk dəqiqələrdən belə olması və hakimin bunu hiss etməməsi bizi məyus etdi və əsəblərimizi tarıma çəkdi. "Sabah”ı təbrik etmək lazımdır.

- Rəqibin 1 xal qazandığını dediniz. Ancaq ikinci hissəyə baxanda sizin 1 xal qazandığınızı düşünmək olar?
- Qol epizodlarını saysaq, bizdə də şanslar oldu. Vaxtında vursaydıq, son dəqiqələrdə buraxdığımız qol təsir etməyə də bilərdi. Ədalətli nəticə heç-heçə idi. Hücumu gücləndirmək imkanlarımız yoxdur. Komandaların transferlərinə baxanda fərq hiss olunur. Oyun planında komandamdan narazı qala bilmərəm.

- Demək olarmı ki, oyununuzun kompakt olmamasının səbəbi meydan örtüyündəki fərqdir?
- Bu, böyük amildir. Qapanan komandaya qarşı sürətli paslar olmalı, cinahları tez-tez dəyişmək lazımdır. Sintetik meydanda sürət fərqli olur, təbiidə fərqli. Məşq və oyunları süni meydanda keçirik. Bu da amillərdən biridir. Ancaq əsas səbəb bu deyil. Rəqib müdafiədə olduqca yaxşı oynadı.

- Rəqibin qırmızı vərəqə almasından sonra say üstünlüyünü mahiyyət üstünlüyünə çevirə bilməməyinizin səbəb nə idi?
- Plandan çıxmaq istəmədik. Rəqibin oyununda çox şey dəyişmədi. Bilirdik ki, əks-hücum futbolu oynayacaqlar. Bu gün də belə davam etdilər. Bizim yaxşı epizodlarımız oldu. Rəqib qapıçı da yaxşı oynadı. İlk hissədə qol vursaydıq, hesab fərqli ola bilərdi. (report.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 İyun 2025
00:07

"Sabah" Azərbaycanı FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək

17 İyun 2025
23:50

"Liverpul" Osimhen üçün "Napoli"yə iki futbolçusunu təklif etdi - ADLAR

23:14

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:31

"Borussiya" Braziliya təmsilçisini yenə bilmədi

22:03

"Qarabağ" braziliyalı futbolçu transfer etdi - RƏSMİ

21:50

İtaliya nəhəngi idman direktorunu postundan uzaqlaşdırdı

21:29

"Vilyarreal" yeni vingerlə gücləndi - RƏSMİ

20:18

"Orada "Latsio"da bir ilə qazandığımı bir aya qazana bilərdim" - Sarri rədd etdiyi təklifdən danışdı

19:34

"Sabah" legioneri ilə əməkdaşlığa son qoydu - RƏSMİ

19:16

"Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur" - "Çelsi"nin baş məşqçisi

18:43

Vüsal İsgəndərlinin yeni klubu bəlli oldu

18:10

Azərbaycan komandası A qrupunun qalibi oldu

17:49

Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinalda!

17:28

Avropa Liqasında ilk mərhələnin püşkatması baş tutdu

17:09

"Sabah"ın Avropa Liqasındakı rəqibi bilindi

16:43

Çempionlar Liqasının püşkü atıldı

16:24

Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi

16:06

"Sevilya" yeni baş məşqçisinin təyinatını açıqladı

15:48

İnzaqinin yeni iş yeri bilindi - RƏSMİ

15:29

Ronaldunun Trampa göndərdiyi formanın üzərində nə yazılıb?

15:11

"İndi oynadığım futboldan həqiqətən razıyam" - "Çelsi"nin vingeri

14:53

Qarnaço Mançesteri Londona dəyişə bilər

14:34

Aleks De Souzanun yeni iş yeri bilindi - RƏSMİ

14:16

"Mən "Qızıl top"u həmişə ona verərdim" - Serxio Ramos

13:58

Klublararası dünya çempionatı: "Borussiya Dortmund" ilə "İnter" ilk sınağına çıxır

13:39

İngiltərəni Konfrans Liqasında təmsil etmiş məşqçi "İmişli"ni çalışdıra bilər - AÇIQLAMA

13:20

Çempion Ceydon Sançonu istəyir

13:02

35 yaşlı müdafiəçi "Mançester Siti"ni digər İPL klubuna dəyişir

12:44

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

12:26

Beyl İngiltərə klubunun səhmlərini almağa yaxındır

12:08

İdman Arbitraj Məhkəməsi İrlandiya klubunun şikayətini rədd etdi

11:50

AFFA 2 kluba texniki məğlubiyyət verdi

11:16

"Sabah"ın mümkün rəqiblərinin sayı dəqiqləşdi - Bu 4 komandadan biri ilə qarşılaşacaq

10:58

"Araz-Naxçıvan" Almaniyadan futbolçu transfer etdi

10:27

Ronaldulu "Əl-Nəsr"də qalmaqal - Baş direktor klubu məhkəmə ilə hədələdi

10:06

Dünya çempionatı: Daha iki cüdoçumuz mübarizəyə qoşulur

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

Klublararası dünya çempionatı: Juninyo oynamadı, komandası qalib gəldi

01:21

"Çelsi" klublararası dünya çempionatına inamlı qələbə ilə başladı

00:40

"Bayern Münhen"in hücumçusu Zaqreb "Dinamo"suna keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X