"Uduzduğumuz üçün üzülürük. Belə rəqiblə oyunda səhv etmək olmaz”.
Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib. O, Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında minimal hesablı məğlubiyyəti dəyərləndirib:
"Rəqib ikinci hissənin əvvəlində boşluqdan yararlandı. Buna baxmayaraq, öz dəst-xəttimiz var. Daha soyuqqanlı ola bilərdik. Futbolçularıma əzmkarlıqlarına görə təşəkkür edirəm".
39 yaşlı mütəxəssis oyundan zövq aldığını bildirib: "Oyunu düzgün analiz etmək lazımdır. Qoldan sonra 4 hücumçu ilə oynadıq, dayaq yarımmüdafiəçisini meydana buraxdıq. Belə komandaya qarşı açıq futbol oynamaq olmaz. Hətta "Neftçi" belə oynamamışdı. Çalışacağıq ki, sonadək bu tempi qoruyaq. Hər mövsüm heyətimizi qoruya bilməsək də, futbolumuza qazandırırıq. Bəs özümüz nə vaxt qazanacağıq? Bu sualın cavabı məndən asılı deyil".
Fanat.Az