Türkiyə Super Liqasında XXIII tur böyük maraqla gözlənilən İstanbul derbisinə səhnə olub.
Fanat.Az-ın məlumatına görə, "Qalatasaray”ı qəbul edən "Fənərbaxça” ilk yarının ortalarında penaltidən hesabı açıb. "Aslan” fasilə ərəfəsində cavab qolunu vurub. Matçın əsas vaxtının bitməsinə 10 dəqiqə qalmış Radamel Falkao penaltini dəqiq yerinə yetirməklə, "sarı-qırmızılar”ı hesabda önə keçirib. Anri Onyekuri isə yekun nəticəni müəyyənləşdirib – 3:1. Bu qələbə "Qalatasaray”a liderliyə şərik olmaq imkanı verib. "Cim-Bom” həm də "Fənərbaxça” ilə səfər matçlarındakı 21 illik qələbə həsrətinə son qoyub.
Bundan öncə 1999-cu il dekabrın 22-də səfərdə əzəli rəqibini 2:1 hesabıyla yenmiş "Qalatasaray” axır ki, "tilsimi qırıb".
"Fənərbaxça" - "Qalatasaray" - 1:3
Qollar: Kruze, 21-pen
(1:0), Donk, 40 (1:1), Falkao, 80-pen (1:2), Onyekuru, 90+3 (1:3)
Qırmızı vərəqələr: Deniz Turuc,
84 ("Fənərbaxça"), Belhand, 84 ("Qalatasaray")
Fanat.Az