Ölkəmizin U-21 millisinin hücumçusu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoria” (Zizkov) komandası növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Zizkov təmsilçisi "Pardubitse”yə 1:2 hesabı ilə yenilib. Nəbiyev matçı kənardan izləyib. Onun adı görüşün iştirak ərizəsində olsa da, Fərid meydana çıxmayıb.
Qeyd edək ki, Nəbiyev komandası ilə keçirdiyi yoxlama görüşlərində 4 qol vurub.
Fanat.Az