Azərbaycanlı futbolçu Azər Əliyevin komandası - "Ufa” İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində son sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Çinin "Dalyan İfan” klubu ilə qarşılaşıb.
Başqırdıstan klubu bu görüşdə darmadağına sevinib. "Ufa” məşhur ispaniyalı mütəxəssis Rafael Benitesin çalışdırdığı "Dalyan İfan”ın qapısına 4 qol vurub. Çinlilərin gücü yalnız təsəlli qoluna çatıb – 4:1.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Fanat.Az