Veteran futbolçumuz - "Neftçi"nin canlı əfsanələrindən olan Səmədağa Şıxlarov ürəyindəki problem üzündən bu gün ağır əməliyyat keçirib.
Fanat.Az-ın məlumatına görə, AFFA məmurları çoxsaylı tənqidlərdən sonra onun əməliyyatına kömək edəcəyinə söz versə də, sözünü tutmayıb.
Bundan öncə daha 5 əməliyyat keçirmiş və heç birində ölkənin futbol qurumundan dəstək almamış mütəxəssisi bir müddət öncə AFFA-ya çağırıb ərizə yazdırıblar. Bizdə olan bilgiyə görə, Şıxlarovdan xəstəxanadan əməliyyat üçün tələb olunan məbləğlə bağlı rəsmi sənəd də istəyiblər.
O qədər də böyük məbləğ deyilmiş. Fəqət, 6000-6500 manat vəsait veterana çatdırılmayıb. Belə ki, əməliyyata bir neçə gün qalmış AFFA-dan əməliyat üçün pul olmadığını deyiblər.
Fanat.Az