İngiltərə Premyer Liqasında XXVII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyununda "Liverpul” "Vest Hem”i qəbul edib.
"Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıb. "Liverpul”dan Məhəmməd Salah, Sadio Mane və Veynaldum fərqlənib. "Vest Hem”in qollarına isə İssa Diop və Pablo Fornales imza atıb.
Bununla da "Liverpul” İngiltərə Premyer Liqasında ardıcıl 18-ci qələbəsini qazanıb.
Qeyd edək ki, "qırmızı-qaralar" 27 turan sonra 79 xalla turnir cədvəlinə başçılıq edir və ikinci pillədəki "Mançester Siti"ni 22 xal qabaqlayır.
Fanat.Az