AFFA Həmkarlar İttifaqının ölkə prezidentinə məktub yazdığından, futbol qurumunun başbilənlərinin yürütdüyü siyasətlə razılaşmayanların naməsinə bildiriş gəldiyindən Fanat.Az vasitəsi ilə xəbər tutmusuz.
Əldə etdiyimiz son bilgilərə görə, məktubla bağlı rəy yüksəkdi. Hazırda mövcud vəziyyət araşdırılır. Həmkarlar Komitəsinin müraciətindən sonra ilk növbədə "yuxarılar"dan AFFA-ya audit göndəriləcəyi, belə desək, qurumun ciddi şəkildə yoxlanılacağı gözlənilir.
Assosiasiyanın baş katibi (həm də icraçı vitse-prezidenti) Elxan Məmmədovun fevralın 14-də, saat 10:00-da "Park İnn” otelində baş tutmalı olan veteran futbolçularla görüşü də bu üzdən təxirə salınıb. Özü də gecə ilə və qeyri-müəyyən müddətə... Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayev "Park İnn"in yolunu tutmağı hazırlaşan sabiq futbolçulara zəng vuraraq görüşün baş tutmayacağını, dəqiq səbəbi isə bilmədiyini deyib.
Bizi izləyin.
Fanat.Az