İsveçrə Futbol Federasiyası (İFF) seçmənin 56 yaşlı baş məşqçisi Vladimir Pektoviçlə müqavilə yeniləyib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tərəflərin yeni anlaşmasının müddəti DÇ-2022-nin sonunadək nəzərdə tutulub. Sözləşmədə İsveçrə millisi mundiala vəsiqə qazana bilməyəcəyi halda, mütəxəssislə yolların vaxtından əvvəl ayrılacağına dair ilkin razılıq da əksini tapıb.
Xatırladaq ki, Pektoviç İsveçrə yığmasını 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında AÇ-2016-da və DÇ-2018-də boy göstərib. İsveçrə AÇ-2020-nin də final mərhələsinə vəsiqə qazanıb.
|