Adrian Skarlatake "Xəzər Lənkəran”da qalan borcunu almaqda israrlıdı. Rumın futbolçu dağılmış klubdan əl çəkmək niyyətində deyil.
Fanat.Az futbolinfo.az saytına istinadən xəbər verir ki, FİFA-ya şikayət edən futbolçuyla bağlı AFFA-ya təlimat gəlib.
Futbolçu mövcud duruma belə münasibət bildirib: "Klubu məhkəməyə verdiyimi gizlətmirəm. FİFA-ya şikayət etdim və qalib gəldim. Onların mənə olan borcu böyükdür. CAS da qərarı təsdiqlədi. Lakin "Xəzər Lənkəran”ın prezidenti mənə bu pulu vermək istəmir. AFFA-nın mənə bu pulu ödəmək məsələsinə gəlincə, bu barədə heç nə deyə bilmərəm. Çünki bir neçə qərar var ki, onları gözləyirəm. Burda uzun bir məsələ var. Lakin indiki halda vəkilim mənə danışmaq üçün icazə vermir”.
Skarlatake danışmaq istəməsə də, bizdə olan bilgiyə görə, pulu ödəməyi SOCAR-a tapşırıblar. O, məhkəməyə müraciət edib və istəyinə nail olub. Məhkəmə zamanı SOCAR-ın "Palmali”yə borclu olduğu təsdiqlənib. Beləcə "Xəzər Lənkəran”ın sponsoruna çatmalı olan məbləğdən indi klubun futbolçulara olan borcları silinir.