Fevralın 24-də ürək əməliyyatı keçirən Səmədağa Şıxlarovun AFFA-ya müraciət etdiyini, lakin "Neftçi”nin canlı əfsanələrindən olan veteran cərrah masasına uzanana qədər futbol qurumunun lazım olan məbləği ünvanına çatdırmadığını yazmışdıq.
Fanat.Az xəbər verir ki, həmin pul saytımızda informasiya gedəndən sonra – dünən Respublika Diaqnostika Mərkəzinin (RDM) hesabına köçürülüb.
Məbləği bir daha dəqiqləşdirdik: ƏDV ilə birlikdə 8 min manata yaxın vəsaiti RDM hazırda vəziyyəti kafi olan Şıxlarovun yaxınlarına qaytaracaq. Belə ki, fevralın 24-də şəfa ocağına yerləşdirilən sabiq hücumçunun əməliyyat xərci mərkəzin daxili qaydalarına əsasən öncədən ödənilib.
Fanat.Az