Rumıniyanın "Styua” klubunun sahibi Cici Bekali maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, klub sahibi komandasının uğursuz çıxışını və son 3 oyunda qələbə qazana bilməmisini futbolçuların həddən artıq sekslə məşğul olması ilə əlaqləndirib:
"Mənim oyunçularım öz rəfiqələri ilə sevgi ilə həddən artıq çox məşğul olur. Buna görə də onlar son vaxtlar o qədər yaxşı oynamır. ÇFR-in baş məşqçisi Dan Petreskuya baxın. Onun oyunçuları həftədə bir dəfə sekslə məşğul olur. Çünki qadınlarla yalnız həftədə bir dəfə görüşürlər. Əgər komandamızın hücumçusu Florinel Koman oyundan öncə çox istirahət etsəydi... Amma o, başqa işlərlə məşğul idi”.
Fanat.Az