Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Barselona"nı qəbul edən "Napoli" qeyri-adi dəstək alıb.
Fanat.Az xəbər verir ki, Neapol təmsilçisinin azarkeşi olan teleaparıcı Floriana Messina klubun formasına uyğun alt paltarında şəkil çəkdirərək "Instagram" hesabında paylaşıb.
O, paylaşımına "Əgər xəyal edə bilirsənsə, bacara da bilərsən" şərhini yazıb.
Qeyd edək ki, "Instagram"da 500 min izləyicisi olan Floriana Messina aparıcılıqla yanaşı, modellik də edir.
Onu da qeyd edək ki, "Napoli" - "Barselona" oyunu 1:1 hesabı ilə yekunlaşıb. Cavab görüşü martın 18-də keçiriləcək.