19:51 28.02.2020 1308

Jelko Sopiç: "Şeydayevə az-az şans verəcəyik"

"Şeydayev komandaya yeni qoşulub. Başa düşməliyik ki, o, bizimlə uzun müddət məşq etməyib".

 

Fanat.Az xəbər verir ki, bunu "Sabah"ınbaş məşqçisi Jelko Sopiç komandanın yeni transferi Ramil Şeydayev haqqında danışarkən deyib.

 

Serbiyalı mütəxəssis bildirib ki, indiki məqamda 24 yaşlı hücumçunu oynatmaq böyük risk olar: "Çünki futbolçu uzun müddət komanda və topla məşq etməyəndə zədə ilə bağlı böyük problem olur. O, hər an zədələnə və bərpa prosesi üçün uzun müddət tələb oluna bilər. Ramilə hələlik hər oyunda az-az şans verəcəyik. Tam hazır olduqdan sonra isə start heyətində meydana çıxacaq".


Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışan Sopiç moldovalı Yevgeni Koçukun qırmızı vərəqə almasından sonra meydanda vəziyyətin komandasının əleyhinə dəyişdiyini söləyib: "Son 3 oyunda 7 xal qazanmışıq. Təəssüf ki, "Səbail"lə matçda qələbə qazana bilmədik. Amma buna görə məyus olmaq lazım deyil. Çünki 15-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra hardasa 80 dəqiqə azlıqda oynadıq. Futbolçularımız topsuz qaldılar. Futboldan anlayanlar bilirlər ki, belə matçlarda 1 xal da pis nəticə deyil. Oyunun sonlarına doğru hər iki komandanın qol vurmaq üçün şansları olsa da, hesab dəyişmədi". 

 

45 yaşlı mütəxəssis Premyer Liqanın XIX turunda "Qarabağ"a qarşı oynayacaqları səfər matçına da toxunub: "Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Mən Azərbaycana yeni gələndə onlar "Sevilya" kimi rəqibə qarşı oynayırdılar. Qrupda nəticələri bir qədər yaxşı olmadığı üçün "pley-off"a çıxa bilmədilər. Bununla belə, "Qarabağ"ın necə güclü rəqib olduğunu yaxşı bilirik. Onlara meydanda boş sahə versək, futbolçularımız yalnız özləri üçün oynasalar, problem yaranacaq. "Qarabağ"ın heyətində top-futbolçular var. Kompakt oynayırlar, istənilən rəqibə qol vura bilirlər. Amma bizim də üstünlüklərimiz var. Ehtiyat oyunçular skamyasında Ramil Şeydayev, Marko Deviç kimi hücumçular əyləşir. Deviç zədədən yenicə qayıdıb. Hər ikisi "Qarabağ"a qarşı matçda bizə xeyir verə bilər. Yaxşı nəticəyə ümid edirik. Asan olmayacaq, lakin ən pis halda 1 xal qazana biləcəyimizə inanıram".

 

Qeyd edək ki, fevralın 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" oyunu saat 18:00-da başlayacaq.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X