Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Sumqayıt"da "Keşlə”ni qəbul edib. Meydan sahibləri iki dəfə hesabda önə keçsə də, qonaqlar bərabərliyi təmin edib və görüş 2:2 hesanı ilə yekunlaşıb.
Hazırda "Sumqayıt” 23 xalla 4-cü, paytaxt klubu isə 30 xalla 3-cü pillədə qərarlaşıb. Komandalar arasında birinci dövrədə bu stadionda keçirilmiş görüşdə hesab açılmayıb. İkinci dövrədə Bakıda oynanılan qarşılaşmada isə Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv qələbə qazanıb - 2:1.
Bu iki klub arasında çempionatda 31-ci matç olub. Bunların 7-də "Sumqayıt” qələbə qazanıbsa, "Keşlə" 15 dəfə meydanı 3 xalla tərk edib. 9 qarşılaşma isə heç-heçə bitib. Son 5 matçda meydan sahibi uduzmur. "Sumqayıt” axırıncı 7 ev oyununda yalnız 1 dəfə məğlub olub. Topların fərqində "Keşlə”nin aşkar üstünlüyü var - 48:31.
Günün digər matçında lider "Qarabağ” mərkəzi arenada "Sabah"ı qəbul edib. Oyunda hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb. Ağdam klubu 42 xalla turnir cədvəlinə başçılıq edir. Masazır təmsilçisi isə 21 xalla 5-ci sırada qərarlaşıb. "Köhlən atlar” hər iki dövrədə rəqibinə qalib gəlib - 2:0, 1:0.
Bu komandaların Premyer Liqada 7-ci matçı olub. 4 oyunda "Qarabağ” qələbə qazanıb, 3 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də ağdamlılar öndədir - 10:2. "Qarabağ” indiyədək meydanı qolsuz tərk etməmişdi. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv son 3 qarşılaşmada quru hesabla qalib gəlmişdi.
Qeyd edək ki, XIX tura martın 1-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Neftçi” – "Səbail” matçları ilə yekun vurulacaq.
Premyer Liqa
2019/20 mövsümü
III dövrə, XIX tur
29 fevral
Sumqayıt - Keşlə 2:2
Qollar: Peyman Babayi, 4. Rəhim Sadıxov, 59 - Vüsal İsgəndərli, 10. Slavik Alxasov, 80.
Sumqayıt: 1. Mehdi Cənnətov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 22. Sərtan Taşqın,9. Amil Yunanov, 50. İlqar Qurbanov, 10. Əmir Ağayev, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 88. Cavid Quliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Stanislav Namaşko: 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao,30. Şahrux Qadoyev, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 5. Franko Flores, 9. Lorenzo Frutos, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Kapital Bank Arena”.
Qarabağ - Sabah 0:0
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 3. Aylton Silva, 27. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 8. Markos Madera, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqes, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 15. Ruslan Abışov, 99. Ramil Şeydayev, 9. Marko Deviç, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Fariz Yusifov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tofiq Bəhramov adına Respublika Stadionu
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qarabağ |
19 |
12 |
6 |
1 |
32:7 |
42 |
2 |
Neftçi |
18 |
9 |
6 |
3 |
28:13 |
33 |
3 |
Keşlə |
19 |
8 |
6 |
5 |
27:19 |
30 |
4 |
Sumqayıt |
19 |
6 |
5 |
8 |
24:27 |
23 |
5 |
Sabah |
19 |
5 |
6 |
8 |
19:23 |
21 |
6 |
Zirə |
18 |
5 |
5 |
8 |
21:34 |
20 |
7 |
Səbail |
18 |
5 |
4 |
9 |
14:26 |
19 |
8 |
Qəbələ |
18 |
3 |
4 |
11 |
18:34 |
13 |
Bombardirlər |
Stiven Monroz (Neftçi), Mahir
Emreli (Qarabağ), Peyman Babayi (Sumqayıt) - 7. Lorenzo Frutos (Keşlə), Baqali
Dabo (Neftçi) - 6. Mehdi Şərifi (Sumqayıt), Davit Volkov (Qəbələ), Ağabala
Ramazanov (Zirə), Maqaye Qeye (Qarabağ), Hendrik Ekşteyn (Səbail) - 5. |
Fanat.Az