Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
Günün ilk matçında "Zirə” "Qəbələ”ni qəbul edib. Hesabı ilk yarıda meydan sahibləri açsa da, qonaqlar 80 və 87-ci dəqiqələrdə iki qol vuraraq 2:1 hesablı qələbəni bayram ediblər. "Zirə" 19 turdan sonra 20 xalla 6-cı, "Qəbələ” isə 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar arasında birinci dövrədə bu stadionda keçirilmiş görüşdə qalib müəyyənləşməyib. İkinci dövrədə Qəbələdə oynanılmış qarşılaşmada isə əyalət təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Komandalar çempionatda 19 dəfə qarşılaşıblar. Bunların 4-də "Zirə”, 7-də "Qəbələ” qələbə qazanıb. 8 görüş isə heç-heçə bitib. Topların fərqi də bölgə təmsilçisinin xeyirinədi – 24:16. "Qəbələ” 6 oyundu rəqibinə uduzmur.
Turun son matçında "Neftçi” "Bakcell Arena”da "Səbail”lə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Rəqiblər Premyer Liqada 11-ci dəfə üz-üzə gəliblər. 6 oyunda "Neftçi” qələbə qazanıb. "Səbail" 2 görüşdə qalibiyyəti bayram edib. 3 oyun isə heç-heçə yekunlaşıb. Topların fərqində də "ağ-qaralar” öndədi - 21:8.
Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt” evdə "Keşlə” ilə 0:0, "Qarabağ” isə "Sabah”la 2:2 hesablı heç-heçə edib.
Premyer Liqa
2019/20 mövsümü
III dövrə, XIX tur
1 mart
Zirə - Qəbələ 1:2
Qollar: İlkin Muradov, 21 - Fernan Lopez, 80. Rövlan Muradov, 87.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake (k), 43. Riçard Qadze, 3. Ali Sisey, 18. George Anton, 11. Davit Volkov, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 20. Əli Şirinov, 55. Rauf Hüseynli.
Baş məşqçi: Zaur Həşimov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 3. İviça Juniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 32. Nikolas Raysel, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 12. Abdelrafik Jerar, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı.
Baş məşqçi: Azər Bağırov.
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Zirə İdman Kompleksinin stadionu.
Neftçi - Səbail 1:1
Qollar: Eriko da Silva, 55 (avtoqol) - Rauf Əliyev, 90+1.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov.
Baş məşqçi: Füzuli Məmmədov.
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
"Bakcell Arena”.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qarabağ |
19 |
12 |
6 |
1 |
32:7 |
42 |
2 |
Neftçi |
19 |
9 |
7 |
3 |
29:14 |
34 |
3 |
Keşlə |
19 |
8 |
6 |
5 |
27:19 |
30 |
4 |
Sumqayıt |
19 |
6 |
5 |
8 |
24:27 |
23 |
5 |
Sabah |
19 |
5 |
6 |
8 |
19:23 |
21 |
6 |
Zirə |
19 |
5 |
5 |
9 |
22:36 |
20 |
7 |
Səbail |
19 |
5 |
5 |
9 |
15:27 |
20 |
8 |
Qəbələ |
19 |
4 |
4 |
11 |
20:35 |
16 |
Bombardirlər |
Stiven Monroz (Neftçi), Mahir
Emreli (Qarabağ), Peyman Babayi (Sumqayıt) - 7. Lorenzo Frutos (Keşlə),
Baqali Dabo (Neftçi) - 6. Mehdi Şərifi (Sumqayıt), Davit Volkov (Qəbələ),
Ağabala Ramazanov (Zirə), Maqaye Qeye (Qarabağ), Hendrik Ekşteyn (Səbail) -
5. |
Fanat.Az