"Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Moldova mətbuatına müsahibə verib.
Fanat.Az xəbər verir ki, itlaliyalı çalışdırıcı "Şerif”də işlədiyi dönəmdə "Qarabağ”a qarşı keçirdikləri matçları yada salıb:
"Avrokuboklarda yaxşı təcrübəsi olan bir komanda ilə oynamışdıq. Yadınızdadırsa, bundan sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəldilər. İlk görüşdə uduzmamağımıza baxmayaraq, bizim üçün çox çətin oldu. Düzünü deyim, heç-heçəni qazanmaq üçün çox çalışmalı olmuşduq. Evdə isə "Qarabağ” daha yaxşı idi. Ancaq cavab oyununda iki yaxşı imkan əldə etmişdik. Onlardan istifadə etsəydik, hər şey fərqli ola bilərdi. Çünki irəli çıxacaqdılar və rəqibi əks hücumlarda tuta bilərdik. Lakin səhvlərimiz ucbatından qol buraxdıq və sonra da nə baş verdiyi məlumdur”.
Bordin Azərbaycanda işlədiyi dönəmdən də söz açıb. O, "Neftçi”yə keçdiyi üçün peşman olmadığını bildirib:
"Heç vaxt peşman olmamışam. "Neftçi"nin də yaxşı cəhətləri var. Avropa Liqasının təsnifat mərhələsində güclü Tula "Arsenal”ını yendik. Azərbaycan klubları heç vaxt Rusiya komandalarına qalib gəlməmişdi”.
Qeyd edək ki, "Qarabağ” 2017-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində "Şerif”lə evdə heç-heçə (0:0) etsə də, səfərdə 2:1 hesabı ilə qalib gəlmişdi.
Fanat.Az