Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan 4 oyundan üçündə heç-heçə qeydə alınıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ” - "Sabah” matçında 0:0, "Neftçi” - "Səbail” qarşılaşmasında 1:1, "Sumqayıt” - "Keşlə” görüşündə 2:2 hesabı ilə başa çatıb. Yalnız "Zirə” - "Qəbələ” oyununda (1:2) qalib müəyyənləşib.
Bununla da cari mövsümün heç-heçə rekordu təkrarlanıb. X turda da eyni sayda bərabərlik yaşanmışdı.
Ölkə çempionatlarının indiki formatda - 8 komanda ilə 4 dövrədə keçirildiyi müddətdə 7-ci dəfə belə hadisə qeydə alınır. 2016/17 mövsümündən başlayaraq bunadək 6 turda heç-heçə rekordu qeydə alınmışdı.
Fanat.Az