UEFA 2022 və 2023-cü illərdə Avropa kuboklarının final oyunlarının keçiriləcəyi məkanları açıqlayıb.
Qadınlar arasında Çempionlar Liqasının final oyunu 2022-ci ildə İtaliyanın Turin şəhərindəki "Juventus Stadium"da, 2023-cü ildə isə Hollandiyanın Eyndhoven şəhərindəki PSV "Eyndhoven" stadionunda olacaq.
2022-ci il Avropa Liqasının final oyunu Macarıstanın paytaxtı Budapeşt şəhərindəki "Puşkaş Arena"ya salınıb.
UEFA Super Kuboku matçı 2022-ci ildə Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda, 2023-cü ildə Rusiyanın Kazan şəhərindəki "Kazan Arena"da təşkil ediləcək.