"Azərbaycan Premyer Liqasının oyunlarının təxirə salınmayacaq”.
Bunu Fanat.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib. Qurum rəsmisi qarşıdakı turun matçlarının ertələnmək ehtimalına belə reaksiya verib: "Nazirlər Kabineti bütün kütləvi tədbirlərin ləğv olunmasıyla bağlı qərar qəbul etməyib. Yalnız təhsil ocaqları istisnadı. AFFA bu üzdən məktəblilərin çıxış etdiyi çempionatların oyunlarını təxirə salıb. Premyer Liqa görüşləri öncədən nəzərdə tutulduğu qaydada keçiriləcək. Birinci Divizionun matçları da həmçinin. Yalnız hansısa klub bizə müraciət edəcəyi və səbəb göstərəcəyi halda müraciətə baxıla bilər".
Fanat.Az