"Zirə” Emil Balayevi heyətinə qatdığını açıqlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı qapıçı ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Emil Balayev klubun rəsmi saytına açıqlamasında "Zirə"yə keçdiyi üçün şad olduğunu bildirib: "Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadı. Burada millidə də bərabər oynadığım, əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacam".
Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan Balayev daha əvvəl "Neftçi", "Sumqayıt", "Araz-Naxçıvan", "Ayntraxt" (Almaniya, Frankfurt), "Qarabağ", "Səbail" və "Tobol" (Qazaxıstan) klublarının da şərəfini qoruyub.
Fanat.Az