Monteneqro millisinin baş məşqçisi Faruk Hacibeqiç UEFA Millətlər Liqasının 20208/21 mövsümünün püşkünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 63 yaşlı bosniya və herseqovinalı mütəxəssis "CBC Sport" kanalına açıqlamasında çətin qrupa düşdüklərini söyləyib:
"Bilirəm ki, işimiz çətin olacaq. Bütün yığmalar bərabər gücdədi. Müasir futbolda yeni nəsə icad etmək mümkün deyil. Əsas məsələ mübariz və kollektiv oyun sərgiləməkdi ki, Azərbaycan yığmasında da bu özəlliklər var".
Qeyd edək ki, Monteneqro millisi C liqasının 1-ci qrupunda Azərbaycan, Lüksemburq və Cənubi Kiprlə mübarizə aparacaq.
Fanat.Az