Monteneqro millisinin baş məşqçisi Faruk Hacibekiç UEFA Millətlər Liqasının 2020/21 mövsümünün püşkünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 62 yaşlı mütəxəssis qrupda istənilən komandanın birinci yer uğrunda mübarizə apara biləcəyini deyib:
"Yaxşı qrupa düşdüyümüzü hesab edirəm. Buna görə sevinirəm. Amma son vaxtlar əldə olunan nəticələr göstərir ki, ehtiyatlı olmalıyıq. Bütün futbolçular sərəncamımızda olanda, zədəli oyunçularımız olmayanda iddiamızı ortaya qoymalıyıq. Amma rəqiblərə də hörmətlə yanaşmalıyıq. Hamını maraqlı oyunlar gözləyir. Qarşıdakı yoldaşlıq matçlarından sonra kollektivdə qələbə ruhu formalaşdırmaq lazımdı. Qrupumuzda asan rəqib yoxdu. Ona görə də hər bir komandaya ciddi yanaşmalıyıq”.
Qeyd edək ki, Cənubi Kipr millisi C liqasının 1-ci qrupunda Azərbaycan, Lüksemburq və Monteneqro ilə mübarizə aparacaq.
Fanat.Az