Türkiyə millisi "AVRO-2020" ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Kristal Pelas" klubunda çıxış edən Cenk Tosun məşq vaxtı dizindən zədələnib. Onun 6-7 ay meydana çıxa bilməyəcəyi iddia olunur. Bu isə hücumçunun "AVRO-2020"ni buraxması deməkdi. Futbolçunun son durumu MRT müayinəsindən sonra dəqiqləşəcək.
Daha əvvəl Yusuf Yazıcı və Merih Demiralın da uzunmüddətli zədə problemi ilə üzləşdiyi açıqlanıb. Onların da "AVRO-2020"ni buraxacaqları bildirilir. Əvəzində Abdulkadir Ömür artıq yaşıl meydanlara qayıdıb, Dorukhan Toköz isə kollektiv məşqlərə hələ başlamayıb.
Qeyd edək ki, Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. "AVRO-2020"nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Fanat.Az