Ötən gün Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Monteneqro, Lüksemburq və Kipr yığmaları ilə mübarizə aparacaq.
Fanat.Az yığmamızın Millətlər Liqasındakı rəqibləri ilə bağlı məlumatları təqdim edir.
Monteneqro
Baş məşqçi: Faruk Hacibeqiç
Kapitan: Stevan Yovetiç
Millinin heyətində ən çox oyuna çıxan futbolçu: Fatos Beçiray (68)
Millinin heyətində ən çox qol vuran futbolçu: Stevan Yovetiç (24)
Ev oyunlarının keçirildiyi stadion: Podqoritsa Şəhər Stadionu (15 min 230 azarkeş tutumu)
FIFA reytinqindəki yeri: 64-cü yer (1365 xal)
FIFA reytinqindəki ən yüksək nəticəsi: 16-cı yer (2011-ci il, iyun)
FIFA reytinqindəki ən aşağı nəticəsi: 199-cu yer (2007-ci il, iyun)
Beynəlxalq səviyyədə ilk rəsmi oyun: Monteneqro - Macarıstan - 2:1 (24.03.2007)
Ən böyükhesablı qələbə: San-Marino - Monteneqro - 0:6 (11.09.2012)
Ən böyükhesablı məğlubiyyət: İngiltərə - Monteneqro - 7:0 (14.11.2019)
Ümumi nəticələr
Dünya çempionatlarının təsnifat mərhələləri: 10 qələbə, 10 bərabərlik, 10 məğlubiyyət.
Avropa çempionatlarının təsnifat mərhələləri: 6 qələbə, 8 bərabərlik, 14 məğlubiyyət.
Millətlər Liqası: 2 qələbə, 1 bərabərlik, 3 məğlubiyyət.
Monteneqro millisinin Millətlər Liqasındakı son çıxışı
C Liqası
4-cü qrup
1. Serbiya (14), 2. Rumıniya (12), 3. Monteneqro (7), 4. Litva (0).
Monteneqro millisinin Avro-2020-nin təsnifat mərhələsindəki çıxışı
A qrupu
1. İngiltərə (21), 2. Çexiya (15), 3. Kosovo (11), 4. Bolqarıstan (6), 5. Monteneqro (3).
Ölkə xaricində oynayan futbolçular: Daniel Petkoviç ("Anjen", Fransa), Milan Miyatoviç ("Levski", Bolqarıstan), Matiya Şarkiç ("Livinqston", Şotlandiya), Marko Simiç ("Paxtakor", Özbəkistan), Boris Kotipoviç (BATE, Belarus), Risto Radunoviç ("Astra", Rumıniya), İqor Vuyaçiç ("Partizan", Serbiya), Momçilo Raspopoviç ("Riyeka", Xorvatiya), Nikola Vukçeviç ("Levante", İspaniya), Vladimir Yovoviç ("Yablonets", Çexiya), Marko Veşoviç ("Legiya", Polşa), Alkesandar Bolyeviç ("Standard", Belçika), Sead Hakşabanoviç ("Norrçöpinq", İsveç), Duşan Laqator ("Soçi", Rusiya), Deni Hoçko ("Muskron", Belçika), Fatos Beçiray ("Makkabi", Netanya, İsrail), Stefan Muqoşa ("İnçeon", Cənubi Koreya Respublikası), Andriya Draqoyeviç ("Pünik", Ermənistan), Damir Lyulyanoviç ("Merkurya-Çuk", Rumıniya), Adam Maruşiç ("Latsio", İtaliya), Stefan Saviç ("Atletiko", İspaniya), Jarko Tomaşeviç ("Astana", Qazaxıstan), Filip Stoykoviç ("Rapid", Avstriya), Marko Yankoviç ("Krotone", İtaliya), Aleksandar Şçekiç ("Partizan", Serbiya), Vukan Saviçeviç ("Visla", Polşa), Neboyşa Kosoviç ("Kayrat", Qazaxıstan), Marko Bakiç ("Muskron", Belçika), Stefan Lonça ("İskra", Xorvatiya), Mirka İvaniç ("Srvena Zvezda", Serbiya), Asmir Kayeviç ("Çukariçki", Serbiya), Luka Corceviç ("Lokomotiv", Rusiya), Stevan Yovetiç ("Monako", Monako).
Lüksemburq
Baş məşqçi: Lük Holts
Kapitan: Loran Jan
Millinin heyətində ən çox oyuna çıxan futbolçu: Mario Mutş (102)
Millinin heyətində ən çox qol vuran futbolçu: Leon Mart (16)
Ev oyunlarının keçirildiyi stadion: "Jozi Bartel" (8 125 azarkeş tutumu)
FIFA reytinqi: 98-ci yer (1236 xal)
FIFA reytinqindəki ən yüksək nəticəsi: 82-ci yer (2018-ci il, sentyabr)
FIFA reytinqindəki ən aşağı nəticəsi: 195-ci yer (2006-cı il, avqust)
Beynəlxalq səviyyədə ilk rəsmi oyun: Lüksemburq - Fransa - 1:4 (29.10.1911)
Ən böyükhesablı qələbə: Lüksemburq - Əfqanıstan - 6:0 (26.07.1948)
Ən böyükhesablı məğlubiyyət: Almaniya - Lüksemburq - 9:0 (04.08.1936), Lüksemburq - İngiltərə - 0:9 (19.10.1960), İngiltərə - Lüksemburq - 9:0 (15.12.1982)
Ümumi nəticələr
Dünya çempionatlarının təsnifat mərhələləri: 5 qələbə, 10 bərabərlik, 119 məğlubiyyət.
Avropa çempionatlarının təsnifat mərhələləri: 8 qələbə, 11 bərabərlik, 98 məğlubiyyət.
Millətlər Liqası: 3 qələbə, 1 bərabərlik, 2 məğlubiyyət.
Lüksemburq millisinin Millətlər Liqasındakı son çıxışı
D Liqası
2-ci qrup
1. Belarus (14), 2. Lüksemburq (10), 3. Moldova (9), 4. San-Marino (0).
Lüksemburq millisinin Avro-2020-nin təsnifat mərhələsindəki çıxışı
B qrupu
1. Ukrayna (20), 2. Portuqaliya (17), 3. Serbiya (14), 4. Lüksemburq (4), 5. Litva (1).
Ölkə xaricində oynayan futbolçular: Antoni Moris ("Virton", Belçika), Lars Jerson ("Norrçöpinq", İsveç), Loran Jan ("Paderborn", Almaniya), Kris Filipps ("Legiya", Polşa), Maksim Şano ("Nyu-York Siti", ABŞ), Kevin Malje ("Virton", Belçika), Dirk Karlson ("Karlsrue", Almaniya), Marvin da Qrasa ("Karpatı", Ukrayna), Tim Holl ("Karpatı", Ukrayna), Vahid Selimoviç ("Apollon", Kipr), Vensan Till ("Mets", Fransa), Jerson Rodriqes ("Dinamo", Kiyev, Ukrayna), Olivye Till ("Ufa", Rusiya), Florian Bohnert ("Maynts", Almaniya), Leandro Barreyro ("Maynts", Almaniya), Orelyen Joakim ("Virton", Belçika), David Türpel ("Virton", Belçika), Moris Devill ("Valdhof Manhaym", Almaniya), Kristofer Martins ("Yanq Boyz", İsveçrə), Enes Mahmutoviç ("Midlsbro", İngiltərə), Seid Koraç ("Nürnberq", Almaniya), Matias Olesen ("Köln", Almaniya), Alessio Kurçi ("Maynts", Almaniya)
Kipr
Baş məşqçi: Yohan Valem
Kapitan: Qiorqos Merkis
Millinin heyətində ən çox forma geyən futbolçu: Yannis Okkas (106)
Millinin heyətində ən çox qol vuran futbolçu: Mixalis Konstantinu (32)
Ev oyunlarının keçirildiyi stadion: QSP, Nikosiya (22 min 859 nəfər)
FIFA reytinqi: 95-ci yer (1251 xal)
FIFA reytinqindəki ən yüksək göstəricisi: 43-cü yer (2010-cu il, sentyabr)
FIFA reytinqindəki ən aşağı göstəricisi: 142-ci yer (2014-cü il, iyun)
Beynəlxalq səviyyədə ilk rəsmi oyun: Kipr - İsrail - 1:1 (13.11.1960)
Ən böyükhesablı qələbə: Kipr - Andorra - 5:0 (15.11.2000), Kipr - Andorra - 5:0 (16.11.2014), Kipr - San-Marino - 5:0 (21.03.2019)
Ən böyükhesablı məğlubiyyət: Qərbi Almaniya - Kipr - 12:0 (21.05.1969)
Ümumi nəticələr
Dünya çempionatlarının təsnifat mərhələləri: 15 qələbə, 13 bərabərlik, 86 məğlubiyyət.
Avropa çempionatlarının təsnifat mərhələləri: 19 qələbə, 15 bərabərlik, 80 məlubiyyət.
UEFA Millətlər Liqası: 1 qələbə, 2 bərabərlik, 3 məğlubiyyət.
Kipr millisinin Millətlər Liqasındakı son çıxışı
C Liqası
3-cü qrup
1. Norveç (13), 2. Bolqarıstan (11), 3. Kipr (5), 4. Sloveniya (3).
Kipr millisinin Avro-2020-nin təsnifat mərhələsindəki çıxışı
I qrupu
1. Belçika (30), 2. Rusiya (24), 3. Şotlandiya (15), 4. Kipr (10), 5. Qazaxıstan (10), 6. San-Marino (0).
Ölkə xaricində oynayan futbolçular: Ceyson Demetriu ("Sautend Yunayted", İngiltərə, Andreas Karo ("Salernitana", İtaliya), Qriqoris Kastanos ("Peskara", İtaliya), Pyeros Sotiriu ("Astana", Qazaxıstan), Kostas Laifis ("Standard", Belçika), Entoni Qeorqiu ("Tottenhem", İngiltərə), Cek Roulz ("Tottenhem", İngiltərə), Nestoras Mitidis ("Panaxaiki", Yunanıstan)
Fanat.Az