15:45 04.03.2020 1406

"Foqts, Prosineçki, Qurbanov, Yurçeviç bostan gözətçisi idi?" - SORĞU

Dünən Azərbaycan yığması UEFA Millətlər Liqasındakı rəqiblərini tanıdı. İdman mətbuatının tanınmış simalarının Monteneqro, Kipr və Lüksemburqla mübarizə aparacaq millimizlə bağlı gözləntilərini Fanat.Az-a açıqladı. 

 

Mahir Rüstəmli, "Futbol+” qəzeti: Onsuz da zəif olan Azərbaycan yığmasına o biri tərəfdən bəxt də xoş üz göstərmədi. Məsələn, yığmamızın 1-ci yox, 2-ci və ya 4-cü qrupa düşməsi daha yaxşı olardı. Hansısa ümidlərə gəlincə, 1-ci yer istənilən halda əlçatan deyil. Hadisələrin xoş axarı nəticəsində bəlkə də 2-ci yer uğrunda mübarizəyə müdaxilə etmək olar. Mənə qalsa, bu qrupda real yerimiz üçdü. Hər halda, imkan daxilində çox xal yığmaq lazımdı ki, heç olmasa, C liqasının iki ən pis komandasından biri kimi D liqasına yuvarlanmayaq. Bir daha vurğulayıram ki, C liqasının dörd ən yaxşı yığmasından biri kimi, yəni qrup qalibi statusunda B-yə yüksəlmək onsuz da real deyil.

Vüqar Zeynalov, "Azerisport.com”: Fikrimcə, normal qrupdu. Birinci yer uğrunda vuruşmaq lazım olacaq. Hərçənd ki, millinin yeni məşqçisindən çox şey asılıdı. İlk yarışda futbolçular bu turnirin səviyyəsi, verdikləri imkanlar haqqında az məlumatlı idilər. Kosovoya uduzandan sonra səhvlərini başa düşdülər. İndi isə qrupun favoriti var - Monteneqro. Onları qabaqlamaq çox çətin olacaq. Kipr və Lüksemburq komandaları da güclüdü. Əsas oynamaq, bizim futbolun aşağı gedən imicini qaldırmaq lazımdı. Hər şey komanda və məşqçidən asılıdı.

 

Amal Abuşov, "Sport7.az”: Azərbaycan millisindən Millətlər Liqasında elə də böyük gözləntim yoxdu. Dəyişən illərdi, bir də ara-sıra futbolçuların ad və soyadlarıyla məşqçilər. Futbolumuzda heç bir inkişaf prosesi getmədiyinə görə iddiaları artırmağımız da yersizdi. Konkret olaraq qrupdakı vəziyyətə gəlincə, Lüksemburqu zəif saydığımız illər çoxdan geridə qalıb. Adamlar əməlli-başlı "artırıblar”. Son seçmə mərhələlərdəki nəticələr də bundan xəbər verir. Kiprin bizə qarşı bəlli aqresiyası var. Bunu "Qarabağ”ın APOEL-lə qarşılaşmalarında da gördük. Düzdü, adalıların millisi son illər xeyli geriliyib, onları Bakıda məğlub etmək üçün sonadək döyüşmək lazımdı. Monteneqronu da aşağı-yuxarı Kosovoya bənzədirəm, səfərdə bizi onlarla çox çətin oyun gözləyəcək. Millimizin bu qrupda 3-4 xal toplayacağını düşünürəm. Xal sayı qrupdan çıxmaq üçün yetərli olmayacaq.


Kənan Məstəliyev, "Rekord.az”: Azərbaycan elə ölkələrdəndi ki, püşkatmanın nəticəsi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Mümkün olan ən uyğun qrupdan da çıxmaq ehtimalımız elə ən çətin qrupdan çıxmaq ehtimalımıza bərabərdi. Yəni problem rəqiblərdə yox, bizim özümüzdədi. Millətlər Liqası bir-birinə bab komandaların bir yerdə oynadığı, mübarizə apardığı turnirdi. Bu isə o deməkdi ki, qrupumuzda yer alan komandaların heç biri bizdən nə dəhşətli dərəcə üstün deyil, nə də zəif. Klassik də səslənsə, sadəcə, oynamaq lazımdı. Ad olaraq bəli, çətin qrupdayıq. Hətta əbədi autsayder Lüksemburq belə bu dördlükdə heç kimdən geri qalmır. Çətin olacaq, amma dünyanın sonu da deyil. Real yanaşsaq, bu qrupdakı tavanımız 2-ci yerdi. Bunu yalnız meydanda oynanılan futbola görə yox, ümumi futbol təsərrüfatımızın durumuna görə demək olar. Biz hansı günümüzlə Kipr və Monteneqro olduğu qrupdan lider olaraq çıxmalıyıq? Lüksemburq çempionatının oyunlarına bizimkindən daha çox adam gəlir. Premyer-Liqamız əbədi cəzalı kimi boş tribunalar önündə oynanılır, aşağı divizionumuz inanılmaz bir bataqlığın içindədi, aşağı yaş qrupları üzrə millilərimiz heç bir ümid vermir, regionlarda futbol yoxdu, ölkənin yarısında uşaqların oynamağa topu yoxdu. Biz isə yüksək hədəflərdən danışırıq”.


Elşən Məmmədov, "Report.az”: "Məncə, indidən faciə yaratmağa dəyməz. Unutmayaq ki, elə bu mövsüm Avropa Liqasının qrup mərhələsində Azərbaycan millisinin əksər əsas heyət üzvlərini özündə cəmləyən "Qarabağ" elə bu ölkələrdən ikisi - Kipr və Lüksemburqun çempionları ilə üz-üzə gəlmişdi. APOEL qrupdan çıxsa da, Azərbaycan təmsilçisi bu kluba layiqli müqavimət göstərməyi bacarmışdı. AVRO-2020-nin seçmə mərhələsini 10 xalla başa vuran Kipr millisinin əksər futbolçuları öz ölkələrinin klublarında çıxış edir. Bütün bu amilləri nəzərə alaraq, demək olar ki, Azərbaycan millisi Kiprlə görüşə psixoloji cəhətdən hazır çıxa bilər. Bundan başqa, seçmə tsikldə Lüksemburq yalnız Litvadan aldığı 4 xalla kifayətlənibsə, Monteneqro 3 heç-heçə ilə 3 xal yığa bilib. Qrupda Azərbaycan millisinin ən azı 2-ci yer uğrunda mübarizə aparmaq imkanı var”.


Rəşad Ergün, "Komanda.az": Dünən axşamdan püşkün nəticəsi ilə bağlı fikirləri oxuyuram sosial şəbəkədə. Fərqli fikirlər səslənir. Kimisi deyir ki, bu qrupdan çıxmalıyıq, kimisi də "güclü komandalarla düşmüşük" fikrindədir. Bəli, bu qrupdan çıxmalıyıq. Amma necə? Hansı futbolçularla? Son seçmə mərhələdə xorvatların xorvat baş məşqçiyə hədiyyə etdiyi 1 xal "qazanan" komanda ilə? Aradan illər keçib, Azərbaycan millisi indi Lüksemburqu, Monteneqronu dərd etməməli idi. Baxırsan dünya, Avropa futboluna, görürsən ki, bizdən başqa hamı inkişaf edib, etməkdədi. Lüksemburq nə vaxtdan futbol ölkəsi olub? Yəni aradan keçən illərə baxanda "bu qrupdan çıxmalıyıq" düşüncəsi hakim olur. Ancaq dönüb milli komandana baxanda da "bu iş necə olacaq" sualı ağıla gəlir. Bir də, insanlar çox ümidlidirlər ki, yeni baş məşqçinin kimliyi Azərbaycan millisinin oyununa, nəticələrinə çox təsir edəcək. Yaxşı, bu günə qədər millidə işləmiş məşqçilər - Foqts, Prosineçki, Qurbanov, Yurçeviç bostan gözətçisi idi?

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X